Yüz faiz nəticə göstərən Bakı məktəblərinin sayı açıqlanıb

İmtahan - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
287 nömrəli "Zəkalar" liseyinin, 20, 83, 299 nömrəli məktəb-liseylərin, 13, 60, 114, 149, 278, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316, 220 nömrəli məktəblərinin şagirdləri 100 % nəticə göstərib
BAKI, 4 sentyabr — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 51 sinfi ali məktəbələrə qəbul imtahanlarında yüz faizlik nəticə göstərərək, məzunların hamısı tələbə adını qazanıblar.
Bu barədə İdarədən məlumat verilib.
Belə ki, paytaxtdakı 287 nömrəli "Zəkalar" liseyinin 5 sinfi, 20, 83 nömrəli məktəb-liseylərin və Texniki Humanitar Liseyin 4 sinfi, 60 nömrəli tam orta məktəbin 3 sinfi, 299 nömrəli məktəb-liseyin, 13, 114, 149, 278 nömrəli tam orta məktəblərin isə 2 sinfi üzrə bütün məzunlar ali məktəbə qəbul olublar.
Bundan əlavə, 26, 46, 53, 85, 86, 115, 116, 120, 129, 144, 164, 136, 182, 228, 245, 270, 300, 302, 307, 316 nömrəli tam orta məktəblərin və 220 nömrəli məktəb-liseyin 1 sinfi yüz faiz nəticə göstərib.
Xəbər lenti
0