https://sputnik.az/20230904/turkiyede-inflyasiya-yeniden-yukseldi-458285847.html
Türkiyədə inflyasiya yenidən yüksəldi
Türkiyədə inflyasiya yenidən yüksəldi
Sputnik Azərbaycan
Türkiyədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 9,09%, keçən ilin eyni ayına görə 58,94% artıb. 04.09.2023, Sputnik Azərbaycan
2023-09-04T12:11+0400
2023-09-04T12:11+0400
2023-09-04T12:25+0400
türkiyə
iqtisadiyyat
inflyasiya
lirə
türk lirəsi
mərkəzi bank
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_0:0:3073:1728_1920x0_80_0_0_dffa4837b3d5b26cf2e35abdbdfbdad6.jpg
BAKI, 4 sentyabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı avqust ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb. Sputnik Azərbaycan TRThaber-ə istinadla xəbər verir ki, Türkiyədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 9,09%, keçən ilin eyni ayına görə 58,94% artıb. İqtisadçılar aylıq inflyasiyanın 7%, illik inflyasiyanın isə 55,9% olacağını gözləyirdilər. Ölkədə iyulda illik inflyasiya 47,8 faiz təşkil etmişdi. Beləliklə, inflyasiyanın sürəti avqustda 11 faizdən çox artıb. Əvvəlki ilin eyni ayına nisbətən ən az artım 24,97% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım 89,31% ilə restoran və otellər qiymətləri olub. Xatırladaq ki, keçən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə qaldırıb. Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi kimi əsas məqsədə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək. Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/13/434355545_48:0:2779:2048_1920x0_80_0_0_ac80bc392735496c8485ea840665489f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
türkiyə, inflyasiya, lirə, türk lirəsi, mərkəzi bank
türkiyə, inflyasiya, lirə, türk lirəsi, mərkəzi bank
Türkiyədə inflyasiya yenidən yüksəldi
12:11 04.09.2023 (Yenilənib: 12:25 04.09.2023) Türkiyədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 9,09%, keçən ilin eyni ayına görə 58,94% artıb.
BAKI, 4 sentyabr — Sputnik. Türkiyənin Statistika Təşkilatı avqust ayı üçün istehlak qiymətləri indeksini açıqlayıb.
Sputnik Azərbaycan TRThaber-ə istinadla xəbər verir ki, Türkiyədə istehlak qiymətləri avqust ayında əvvəlki aya görə 9,09%, keçən ilin eyni ayına görə 58,94% artıb. İqtisadçılar aylıq inflyasiyanın 7%, illik inflyasiyanın isə 55,9% olacağını gözləyirdilər. Ölkədə iyulda illik inflyasiya 47,8 faiz təşkil etmişdi. Beləliklə, inflyasiyanın sürəti avqustda 11 faizdən çox artıb.
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım 24,97% ilə mənzil qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım 89,31% ilə restoran və otellər qiymətləri olub.
Xatırladaq ki, keçən ay Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini kəskin şəkildə qaldırıb. Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, inflyasiya ilə bağlı göstəricilər yaxından izləniləcək və qiymət sabitliyi kimi əsas məqsədə uyğun olaraq bütün alətlərdən qətiyyətlə istifadə ediləcək.
Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə - 85,5%-ə çatmışdı.