DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İtaliyada Putin və Ərdoğanın qarşıdakı danışıqlarının əhəmiyyəti qeyd edilib

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
İtaliyanın xarici işlər naziri: taxıl sazişi ilə bağlı mümkün razılaşmalar "sülhə doğru kiçik bir addım" ola bilər.
BAKI, 4 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında gözlənilən görüş önəmlidir.
Bu barədə İtaliyanın "ANSA" xəbər agentliyi ölkənin xarici işlər nazirinin müavini Antonio Tajaninin Çinə səfəri zamanı söylədiklərinə istinadən xəbər verib.
"Bu görüş önəmlidir və mən hesab edirəm ki, bütün (Ukrayna münaqişəsi ilə bağlı) məsələlərdə razılığa gəlmək üçün hər şey edilməlidir", - deyə Tajani qeyd edib.
İtaliya xarici işlər naziri həmçinin taxıl sazişi ilə bağlı mümkün razılaşmaların "sülhə doğru kiçik bir addım" ola biləcəyi fikrini də bildirib.
Bu yaxınlarda "KP.RU" yazıb ki, sentyabrın 4-də Putin Ərdoğanla il ərzində ilk görüşünü Soçidə keçirəcək. Məlumdur ki, qarşıdakı danışıqların mövzusu "qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın inkişafı" olacaq.
Xəbər lenti
0