Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qlobal iqtisadiyyat üçün yeni risk faktorları açıqlanıb

© AP Photo / Frank AugsteinQlobus, arxiv şəkli
Qlobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Dironun fikrincə, qlobal iqtisadiyyatı geridə saxlayan üç əsas amil yüksək faiz dərəcələri, maliyyə sektorundakı gərginlik və Çinin iqtisadi artımının yavaşlamasıdır.
BAKI, 4 sentyabr — Sputnik. Yaxın gələcəkdə yüksək inflyasiyanın davam etməsi qlobal iqtisadiyyatda davamlı yavaşlamaya səbəb ola bilər.
Moody`s reytinq agentliyinin bölmələrindən birinin rəhbəri Mari Diron belə hesab edir.
Bundan əlavə, Diron qlobal iqtisadiyyatı geridə saxlayan üç əsas amili qeyd edib. Onun fikrincə, bunlar yüksək faiz dərəcələri, maliyyə sektorundakı gərginlik və Çinin iqtisadi artımının yavaşlamasıdır.
Yenə də risk var ki, inflyasiyanı keçmək hazırda göründüyündən daha çətin olacaq və bu, daha uzun və yavaş bir artım dövrünə gətirib çıxaracaq. Hələ özünü göstərməyən, lakin bu il və ya növbəti il daha sonra materiallaşa biləcək gərginlik ocaqları yarana bilər", - deyə Diron "CNBC"-yə müsahibəsində bəyan edib.
O, əmindir ki, Çin iqtisadiyyatının nisbətən ləng böyüməsi təkcə regiona deyil, bütün dünyaya öz təsirini göstərəcək.
Eyni zamanda, Moody`s hesab edir ki, Hindistan və İndoneziya bazarlarındakı vəziyyət artım potensialı olan iqtisadi sabitlik ocaqları nümunəsidir.
Xəbər lenti
0