https://sputnik.az/20230904/mescidlerde-vakant-vezifelerin-tutulmasi-ucun-musahibelere-baslanilib-458298337.html
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılıb
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılıb
Sputnik Azərbaycan
Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və... 04.09.2023, Sputnik Azərbaycan
2023-09-04T22:39+0400
2023-09-04T22:39+0400
2023-09-04T22:39+0400
məscid
cəmiyyət
müsahibə
dini qurumlarla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/04/15/454016216_0:0:3072:1728_1920x0_80_0_0_1d18b6eda3accbbe3b8fffbfa6fe71fd.jpg
BAKI, 4 sentyabr — Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. Komitədən verilən xəbərə görə, sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq. Qeyd edək ki, imam və imam müavini vakansiyalarını əhatə edəcək müsahibənin ikinci mərhələsinin 11-19 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/15/454016216_285:0:3016:2048_1920x0_80_0_0_0d31c7d8e00aa26dad97181c5f32b7cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məscid, müsahibə, dini qurumlarla iş üzrə dövlət komitəsi
məscid, müsahibə, dini qurumlarla iş üzrə dövlət komitəsi
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibələrə başlanılıb
Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq
BAKI, 4 sentyabr — Sputnik. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb.
Komitədən verilən xəbərə görə, sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda (Məhəmməd Naxçıvani küçəsi, 29) aparılır.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (
scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.
Qeyd edək ki, imam və imam müavini vakansiyalarını əhatə edəcək müsahibənin ikinci mərhələsinin 11-19 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulub.