https://sputnik.az/20230904/hasilatin-azalacagi-narahatligi-nefti-bahalasdirir-458282515.html
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
Sputnik Azərbaycan
Analitiklərin fikrincə, neftin bahalaşması ilk növbədə əsas neft hasil edən ölkələr - Rusiya və Səudiyyə Ərəbistanından hasilatın azaldılması gözləntisindən... 04.09.2023, Sputnik Azərbaycan
2023-09-04T11:06+0400
2023-09-04T11:06+0400
2023-09-04T11:07+0400
neft
neft-qaz
neft qiymətləri
hasilat
neft hasilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289882_0:123:2464:1509_1920x0_80_0_0_4a15b3498336c9d622a89aa80d36fdbf.jpg
BAKI, 4 sentyabr — Sputnik. Neft qiymətləri bahalaşıb. Hasilatın azalacağına dair gözləntilər və ABŞ-nin Federal Ehtiyat Sisteminin faizləri dəyişməz saxlayacağına dair artan ümidlər qiymətləri qaldırıb. "Brent" markalı neft 3 sent bahalaşaraq 88,58 dollar, ABŞ-nin Qərbi Texas nefti 9 sent artaraq 85,64 dollar olub. Analitiklərin fikrincə, neftin bahalaşması ilk növbədə əsas neft hasil edən ölkələr - Rusiya və Səudiyyə Ərəbistanından hasilatın azaldılması gözləntisindən qaynaqlanır. Ötən həftə Pekinin elan etdiyi bir sıra iqtisadi dəstək tədbirləri, məsələn, ölkənin bəzi ən böyük dövlət banklarında depozit faizlərinin azaldılması və s. də qiymətləri dəstəkləyib. Qeyd edək ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 dollar artaraq 93,5 dollar təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289882_144:0:2320:1632_1920x0_80_0_0_5eafec153769d1234ba098eb08b4c440.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri, hasilat, neft hasilatı
neft, neft qiymətləri, hasilat, neft hasilatı
Hasilatın azalacağı narahatlığı nefti bahalaşdırır
11:06 04.09.2023 (Yenilənib: 11:07 04.09.2023) Analitiklərin fikrincə, neftin bahalaşması ilk növbədə əsas neft hasil edən ölkələr - Rusiya və Səudiyyə Ərəbistanından hasilatın azaldılması gözləntisindən qaynaqlanır.
BAKI, 4 sentyabr — Sputnik. Neft qiymətləri bahalaşıb.
Hasilatın azalacağına dair gözləntilər və ABŞ-nin Federal Ehtiyat Sisteminin faizləri dəyişməz saxlayacağına dair artan ümidlər qiymətləri qaldırıb.
"Brent" markalı neft 3 sent bahalaşaraq 88,58 dollar, ABŞ-nin Qərbi Texas nefti 9 sent artaraq 85,64 dollar olub.
Analitiklərin fikrincə, neftin bahalaşması ilk növbədə əsas neft hasil edən ölkələr - Rusiya və Səudiyyə Ərəbistanından hasilatın azaldılması gözləntisindən qaynaqlanır.
Ötən həftə Pekinin elan etdiyi bir sıra iqtisadi dəstək tədbirləri, məsələn, ölkənin bəzi ən böyük dövlət banklarında depozit faizlərinin azaldılması və s. də qiymətləri dəstəkləyib.
Qeyd edək ki, ötən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 dollar artaraq 93,5 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.