https://sputnik.az/20230904/et-numayende-heyeti-gencede-seferdedir-458284383.html
İƏT nümayəndə heyəti Gəncədə səfərdədir
İƏT nümayəndə heyəti Gəncədə səfərdədir
Sputnik Azərbaycan
İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir 04.09.2023, Sputnik Azərbaycan
2023-09-04T11:42+0400
2023-09-04T11:42+0400
2023-09-04T11:52+0400
iət
cəmiyyət
gəncə
gəncə şəhəri
füzuli rayonu
ağdam rayonu
imamzadə kompleksi
imamzadə
islam əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458280303_0:79:841:552_1920x0_80_0_0_551b01fdc9bb5db538cb7c9ab6b7c29b.jpg
BAKI, 4 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir. Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib. Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinin rəhbəri Muhammad Laval Sulaiman bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: "Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq". Qeyd edək ki, səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir. Qonaqlar daha sonra "İmamzadə" Ziyarətgah Kompleksinə baş çəkiblər. Xatırladaq ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar. Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458280303_1:0:841:630_1920x0_80_0_0_f88c8357d8456f12a9fe860e379c5350.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iət, gəncə, gəncə şəhəri, füzuli rayonu, ağdam rayonu, imamzadə kompleksi, imamzadə, islam əməkdaşlıq təşkilatı
iət, gəncə, gəncə şəhəri, füzuli rayonu, ağdam rayonu, imamzadə kompleksi, imamzadə, islam əməkdaşlıq təşkilatı
İƏT nümayəndə heyəti Gəncədə səfərdədir
11:42 04.09.2023 (Yenilənib: 11:52 04.09.2023) İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının rəhbərlik etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir
BAKI, 4 sentyabr — Sputnik. İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir.
Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.
Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib.
İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətinin rəhbəri Muhammad Laval Sulaiman bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: "Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq".
Qeyd edək ki, səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.
Qonaqlar daha sonra "İmamzadə" Ziyarətgah Kompleksinə baş çəkiblər.
Xatırladaq ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar.
Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.
Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.