DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putinlə Ərdoğanın görüşünün təfərrüatları açıqlanıb

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турецкой Республики Реджеп Тайип Эрдоган (слева) во время встречи
Президент РФ Владимир Путин и президент Турецкой Республики Реджеп Тайип Эрдоган (слева) во время встречи - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Türkiyə Prezidenti vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib.
BAKI, 4 sentyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.
Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O, qeyd edib ki, bu ilin 7 ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib.
“Mən bu gün Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”, - o qeyd edib.
Türkiyə Prezidenti onu da vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib:
“Diqqət yetirdiyimiz məsələlərdən biri də Qara dəniz təşəbbüsünün canlandırılması idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq. Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".
Rusiya Prezidenti Vladimir Putin isə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarda Moskvanın dağıdıcı zəlzələlərdən sonra Ankaraya ilk yardım edənlərdən biri olduğunu xatırladıb.
Rusiya liderinin sözlərinə görə, bu, meşə yanğınları ilə mübarizədə yardıma da aiddir. Bu məqsədlər üçün Rusiya Türkiyəyə iki təyyarə verib. Ərdoğan bunun Ankaraya çox kömək etdiyini etiraf edib.
"Bu, həqiqətən bizə çox kömək etdi. Təyyarələr yanğınla mübarizədə çox faydalıdır", - deyə Türkiyə lideri əlavə bir neçə təyyarə göndərilməsini xahiş edib.
Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf sürəti qorunur.
Bunu isə Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünün əvvəlində bildirib.
"Bizim ticarət dövriyyəmiz 86 faiz artıb. Bu ilin birinci yarısında müsbət tendensiya davam edir. Münasibətlər şaxələnir - bu, məni çox sevindirən təkcə turizm və enerji deyil", - deyə Putin bildirib.
Rusiya rəhbəri enerji vəziyyətinin daha sabit olması üçün Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların yaxın vaxtlarda başa çatacağına ümid etdiyini bildirib. O vurğulayıb ki, hazırda hər iki tərəfdən əsas təchizatçılar və istehlakçılar arasında razılaşmalar əldə olunub.
Moskvada Putin Əliyev və Paşinyan arasında üçtərəfli görüş - Sputnik Azərbaycan, 1920, 04.09.2023
RUSİYA
Putin: Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf tempi qorunur
Xəbər lenti
0