https://sputnik.az/20230904/dovlet-satinalmalarinda-istirak-edenlere-dvx-terefinden-arayisin-teqdimi-elektronlasdi-458303967.html
Dövlət satınalmalarında iştirak edənlərə DVX tərəfindən arayışın təqdimi elektronlaşdı
Dövlət satınalmalarında iştirak edənlərə DVX tərəfindən arayışın təqdimi elektronlaşdı
Sputnik Azərbaycan
Portalda açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən... 04.09.2023, Sputnik Azərbaycan
2023-09-04T18:27+0400
2023-09-04T18:27+0400
2023-09-04T18:29+0400
dövlət
iqtisadiyyat
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
sahibkar
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_0:320:3073:2048_1920x0_80_0_0_f1b44fd9954c8597716aacf5f1f6227e.jpg
BAKI, 4 sentyabr — Sputnik. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Vergi Xidməti ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. 01.09.2023-cü il tarixindən etibarən “etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq. Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək. Sahibkarlar arayışın təqdim edilməsinə dair daha ətraflı məlumatı “etender.gov.az” portalının təlimatlar bölməsinə yerləşdirilmiş müvafiq təlimatla tanış olmaqla əldə edə bilərlər. Qeyd edək ki, dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/16/422271678_169:0:2900:2048_1920x0_80_0_0_32822c6adae1b5b595436164c9ec1280.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, sahibkar
dövlət, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, iqtisadiyyat nazirliyi yanında antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti, sahibkar
Dövlət satınalmalarında iştirak edənlərə DVX tərəfindən arayışın təqdimi elektronlaşdı
18:27 04.09.2023 (Yenilənib: 18:29 04.09.2023) Portalda açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək.
BAKI, 4 sentyabr — Sputnik. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sahibkarlara verilən arayış elektronlaşdırılıb. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Vergi Xidməti ilə birlikdə dövlət satınalmalarında iştirak edən sahibkarlara qeyd olunan arayışın dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) vasitəsilə verilməsi üçün inteqrasiyanı yekunlaşdırıb. Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
01.09.2023-cü il tarixindən etibarən “
etender.gov.az” portalında açıq tender və ya kotirovka sorğusu metodunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak edən sahibkarlar tərəfindən müvafiq arayışın alınmasına dair müraciət yalnız portal vasitəsilə həyata keçiriləcək və real vaxt rejimində dərhal təqdim olunacaq.
Arayışın elektronlaşdırılması dövlət satınalmalarında iştirak edən sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Belə ki, təqdim edilən arayışın Qanunun tələblərinə uyğunluğu portal vasitəsilə real vaxt rejimində yoxlanılacaq və istifadəçiyə dərhal məlumat veriləcək.
Sahibkarlar arayışın təqdim edilməsinə dair daha ətraflı məlumatı “etender.gov.az” portalının təlimatlar bölməsinə yerləşdirilmiş müvafiq təlimatla tanış olmaqla əldə edə bilərlər.
Qeyd edək ki, dövlət satınalmaları prosedurlarının tamamilə elektronlaşdırılması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin prioritetlərindəndir və bu istiqamətdə işlər davam etdirilir.