SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Macarıstanın XİN başçıları birgə bəyanatlarla çıxış ediblər

© Photo : MFA AzerbaijanAzərbaycan və Macarıstanın XİN başçıları
Azərbaycan və Macarıstanın XİN başçıları  - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
Görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib
BAKI, 4 sentyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında geniş tərkibdə görüş olub.
Bu barədə Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmin qarşılıqlı maraq doğuran məsələləri müzakirə olunub. Azərbaycan-Macarıstan Strateji Dialoqunun Birinci iclası keçirilib.
Bundan başqa, Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub.
Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər.
Xəbər lenti
0