https://sputnik.az/20230903/turkiyede-guclu-yagislar-tebii-felaket-toredib-19-vilayetde-dasqin-ve-sel-tehlukesi-var--458270505.html
Türkiyədə güclü yağışlar təbii fəlakət törədib: 19 vilayətdə daşqın və sel təhlükəsi var
Türkiyədə güclü yağışlar təbii fəlakət törədib: 19 vilayətdə daşqın və sel təhlükəsi var
Sputnik Azərbaycan
Samsunda bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb, onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci... 03.09.2023, Sputnik Azərbaycan
2023-09-03T16:24+0400
2023-09-03T16:24+0400
2023-09-03T16:24+0400
hadisə
fəlakət
təbii fəlakət
türkiyə
samsun
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0f/452744351_0:256:2730:1792_1920x0_80_0_0_c12b9e3f9988b5d2e65ab3dee7c2878f.jpg
BAKI, 3 sentyabr - Sputnik. Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.Bu barədə “TRT” telekanalı məlumat yayıb.Qeyd olunub ki, güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.
samsun
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0f/452744351_0:0:2730:2048_1920x0_80_0_0_b7eeac9a6190c0751900009904a6aed2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fəlakət, təbii fəlakət, türkiyə, samsun, qara dəniz
fəlakət, təbii fəlakət, türkiyə, samsun, qara dəniz
Türkiyədə güclü yağışlar təbii fəlakət törədib: 19 vilayətdə daşqın və sel təhlükəsi var
Samsunda bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb, onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.
BAKI, 3 sentyabr - Sputnik. Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.
Bu barədə “TRT” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, güclü yağışdan ən çox Samsun şəhəri zərər çəkib. Belə ki, ötən gecədən başlayan leysan bu gün də davam edir. Nəticədə bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 sm-ə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb.
Samsunda şəhərlərarası avtomobil yollarının bəzi hissələrini su basıb və güclü tıxac yaranıb. Həmçinin şəhərdə yolların bəzi hissələrində yeraltı piyada keçidləri və tunellər su altında qalıb.
Türkiyənin Qara dəniz sahillərinin digər şəhərlərində də güclü yağışlar nəticəsində daşqınlar baş verib.