https://sputnik.az/20230903/suni-geller-heyatiniz-bahasina-basa-gele-biler-kosmetoloq-heyecan-tebili-caldi-vdeofoto-458137125.html
Süni gellər həyatınız bahasına başa gələ bilər-Kosmetoloq həyəcan təbili çaldı-VİDEO+FOTO
Süni gellər həyatınız bahasına başa gələ bilər-Kosmetoloq həyəcan təbili çaldı-VİDEO+FOTO
Sputnik Azərbaycan
Elnarə Rzayeva qadınları süni bədən dolğularından istifadədən imtina etməyə səsləyib. 03.09.2023, Sputnik Azərbaycan
2023-09-03T09:18+0400
2023-09-03T09:18+0400
2023-09-03T09:18+0400
kosmetoloq
cəmiyyət
qadın
gel
süni
piy
baş nahiyəsi
ayaq
əməliyyat
müalicə
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457331825_0:320:3071:2048_1920x0_80_0_0_96f834c6d37ce8c88cf13239b2950dbb.jpg
BAKI, 3 sentyabr — Sputnik. "Süni gellərdən bədənin müxtəlif nayihələrində istifadə insan səhhəti üçün böyük təhlükəyə səbəb olur. Bu gün qadınların əyri ayaqlarının düzləşdirilməsi üçün süni gellərə müraciət etməsi onları ömürlük şikəst edə bilər. Onlar bundan sonra yeriyə bilmək qabiliyyətlərini itirə bilərlər". Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində süni gellərin təhlükəsindən danışan, tanınmış kosmetoloq-həkim Elnarə Rzayeva söyləyib. E.Rzayeva son vaxtlar süni gellərdən bədənşəkilləndirmə üçün istifadə edildiyini, bunun kökündən yanlış olduğunu söyləyib. Qeyd edək bu günlərdə jurnalist Heydər Oğuz öz sosial şəbəkə hesabında süni gelin fəsadlarını əks etdirən görüntülər paylaşmışdı. Jurnalist bədənşəkilləndirmə əməliyyatından sonra qadının ombasında çürümə getdiyini bildirmişdi. Sputnik Azərbaycan-a həmin görüntülərdəki qadının rəfiqəsi Cəmalə adlı xanım bildirib ki, rəfiqəsinin vəziyyəti hazırda ağırdır:O, rəfiqəsinə süni gel vurulduğu barədə heç bir məlumat verilmədiyini, bədənşəkilləndirmədən sonra əməliyyat olunan hissədə çürümə getdiyini söylədi. Kosmetoloq E.Rzayeva əksər hallarda bu sahəyə təsadüfi gələn "həkim"lərin pasiyentlərin üzərində süni gellər tətbiq etdiyini və bunun nekrozlaşma ilə nəticələndiyini söyləyir. Süni gellərin bədəndə nekrozlaşma yaratmasının səbəbini isə həkim belə izah edib:"Xanımlar bilmirlər ki, orqanizm daxil olan zəhəri tər və müxtəlif vasitələrlə ifraz edir. Süni gelləri isə orqanizm ifraz edə bilmir. Bədənə zərərli gel daxil olduqda orqanizm onu tər və yaxud sidik vasitəsilə ifraz edə bilmədiyindən pasiyentlərdə yüksək hərarət başlayır. Daha sonra gelin yeridildiyi nahiyədə iltihab başladığından yara irinləyir. Beləcə şişkinlik başlayır, nekrozlaşmaya səbəb olur".Kosmetoloq bəzi estetik mərkəzlərdə bədənşəkilləndirmədə insanın öz piyindən istifadə olunduğuna dair iddiaların da yalan olduğunu söyləyib. E.Rzayeva süni gellərlə təbii gelləri fərqləndirməyin mümkün olduğunu söyləyib. O, bildirib ki, qadınlar onlara vurulan gellərin süni və yaxud təbii olduğunu öyrənmək üçün geldən şprislə cüzi miqdarda əllərinin üzərinə axıtsınlar. Əgər maye duru yağ kimi axaraq yayılırsa, bu gelin süni olduğundan xəbər verir. Yox, əgər gel damcı halında əlin üzərində qalırsa, axaraq yayılmırsa, bu gelin təbii olduğunu təsdiqləyir. Həkimin sözlərinə görə, süni gellərin fəsadlarını tam aradan qaldırmaq çox uzun sürən müalicə prosesi tələb edir:"Süni gel üzə yayıldığından, biz süni gelin parçalayaraq su halına gətirilməsi üçün müxtəlif kokteyllər hazırlayaraq üzə inyeksiya şəklində tətbiq edirik. Bunun vasitəsilə süni geli bədəndən çıxartmağa çalışırıq. Amma bunun neçə prosedurdan sonra effekt verəcəyini söyləmək olmaz. Uzun sürən müalicə prosesi tələb edir". E.Rzayeva təsadüfi şəxslərin kosmetoloq həkim kimi fəaliyyətinə qadağa qoyulmasının vacib olduğunu söyləyir. Bildirir ki, qadınlar belə yerlərə qiymət ucuz olduğu üçün müraciət edir. Nəticədə nekrozlaşma kimi fəsadlar yaranır. Müsahibimiz ölkəmizə süni gellərin, bədən dolğularının təlabat olduğu üçün gətirildiyini söyləyib. Bildirib ki, qadınlar dolğu üçün kosmetoloqa müraciət etdikdə ayıq-sayıq olmalı, gelin təbii olub-olmadığını dəqiqləşdirməlidirlər. Əks halda arzuolunmaz görüntülərlə sosial şəbəkələrdə gündəm olan qadınların sayı çox olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/01/457331825_340:0:3071:2048_1920x0_80_0_0_4bdf965e1a173e9bb2c54bbef86c9453.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
kosmetoloq, qadın, gel, süni, piy, baş nahiyəsi, ayaq, əməliyyat, müalicə, təhlükə
kosmetoloq, qadın, gel, süni, piy, baş nahiyəsi, ayaq, əməliyyat, müalicə, təhlükə
Süni gellər həyatınız bahasına başa gələ bilər-Kosmetoloq həyəcan təbili çaldı-VİDEO+FOTO
Elnarə Rzayeva qadınları süni bədən dolğularından istifadədən imtina etməyə səsləyib.
BAKI, 3 sentyabr — Sputnik. "Süni gellərdən bədənin müxtəlif nayihələrində istifadə insan səhhəti üçün böyük təhlükəyə səbəb olur. Bu gün qadınların əyri ayaqlarının düzləşdirilməsi üçün süni gellərə müraciət etməsi onları ömürlük şikəst edə bilər. Onlar bundan sonra yeriyə bilmək qabiliyyətlərini itirə bilərlər".
Bu sözləri Sputnik Azərbaycan-a müsahibəsində süni gellərin təhlükəsindən danışan, tanınmış kosmetoloq-həkim Elnarə Rzayeva söyləyib. E.Rzayeva son vaxtlar süni gellərdən bədənşəkilləndirmə üçün istifadə edildiyini, bunun kökündən yanlış olduğunu söyləyib.
Qeyd edək bu günlərdə jurnalist Heydər Oğuz öz sosial şəbəkə hesabında süni gelin fəsadlarını əks etdirən görüntülər paylaşmışdı. Jurnalist bədənşəkilləndirmə əməliyyatından sonra qadının ombasında çürümə getdiyini bildirmişdi. Sputnik Azərbaycan-a həmin görüntülərdəki qadının rəfiqəsi Cəmalə adlı xanım bildirib ki, rəfiqəsinin vəziyyəti hazırda ağırdır:
"Rəfiqəm Xətai metro stansiyasının yaxınlığındakı klinikalardan birində bədənşəkilləndirmə əməliyyatı etdirib. Bədəninə süni gel vurulduğundan az sonra ombasında nekrozlaşma başlayıb. Həkim problemi aradan qaldıracağına söz verib. Əgər verdiyi vədə əməl etməsə, biz həmin həkimin adını ictimaiyyətə açıqlayacağıq. Hələlik gözləyirik ki, yaratdığı problemi aradan qaldırsın".
O, rəfiqəsinə süni gel vurulduğu barədə heç bir məlumat verilmədiyini, bədənşəkilləndirmədən sonra əməliyyat olunan hissədə çürümə getdiyini söylədi.
Kosmetoloq E.Rzayeva əksər hallarda bu sahəyə təsadüfi gələn "həkim"lərin pasiyentlərin üzərində süni gellər tətbiq etdiyini və bunun nekrozlaşma ilə nəticələndiyini söyləyir.
"Süni gellər xüsusilə bədənin hər hansı nahiyəsində istifadə edilməməlidir. Bəzən qadınlar onlara süni gel vurulduğunu bilmirlər. Bəzən isə buna özləri könüllü razılıq verirlər. Çünki, süni gellər təbii gellərlə müqayisədə dəfələrlə ucuzdur. Süni gellər ucuz olmaqla yanaşı, ömürlük qalıcı olduğundan, bəzi "kosmetoloq həkim"lər müştərilərini inandırır ki, süni gel daha sərfəlidir. Gellərlə bağlı məlumatı olmayan, tibbi təhsili olmayan xanımlar buna inanır, süni geldən istifadə ilə razılaşır", - deyə müsahibimiz bildirib.
Süni gellərin bədəndə nekrozlaşma yaratmasının səbəbini isə həkim belə izah edib:
"Xanımlar bilmirlər ki, orqanizm daxil olan zəhəri tər və müxtəlif vasitələrlə ifraz edir. Süni gelləri isə orqanizm ifraz edə bilmir. Bədənə zərərli gel daxil olduqda orqanizm onu tər və yaxud sidik vasitəsilə ifraz edə bilmədiyindən pasiyentlərdə yüksək hərarət başlayır. Daha sonra gelin yeridildiyi nahiyədə iltihab başladığından yara irinləyir. Beləcə şişkinlik başlayır, nekrozlaşmaya səbəb olur".
Kosmetoloq bəzi estetik mərkəzlərdə bədənşəkilləndirmədə insanın öz piyindən istifadə olunduğuna dair iddiaların da yalan olduğunu söyləyib.
"Bəzən qadınları aldadırlar ki, bədənşəkilləndirmə bədəndə piyin bir nahiyədən alınıb başqa nahiyəyə vurulması ilə icra ediləcək. Amma piy qalıcı deyil, sovrulur. Bu əməliyyatı aparan həkimlər mütləq piyə süni gellər vururlar. Pasiyentlərə anesteziya verildiyindən, onlar bunu bilmirlər. Bunlar bədən dolğuları adlandırılır. Bədən dolğularınan istifadə təhlükəlidir. Qadınlar bədən dolğularından qəti şəkildə imtina etməlidirlər", - deyə kosmetoloq bildirib.
E.Rzayeva süni gellərlə təbii gelləri fərqləndirməyin mümkün olduğunu söyləyib. O, bildirib ki, qadınlar onlara vurulan gellərin süni və yaxud təbii olduğunu öyrənmək üçün geldən şprislə cüzi miqdarda əllərinin üzərinə axıtsınlar. Əgər maye duru yağ kimi axaraq yayılırsa, bu gelin süni olduğundan xəbər verir. Yox, əgər gel damcı halında əlin üzərində qalırsa, axaraq yayılmırsa, bu gelin təbii olduğunu təsdiqləyir.
"Bəzi qadınlar süni gellərdən əyri ayaqların düzləşdirilməsində istifadə edirlər. Bu, qəti yolverilməzdir. Bu, Azərbaycanda neçə qadını yeriməkdən məhrum edib. Buradan qadınlara səslənirəm ki, sağlamlıqlarını təhlükəyə atmasınlar. Ucuz olduğu üçün süni gellər, bədən dolğularından istifadə etmək olmaz", - deyə müsahibimiz bildirib.
Həkimin sözlərinə görə, süni gellərin fəsadlarını tam aradan qaldırmaq çox uzun sürən müalicə prosesi tələb edir:
"Süni gel üzə yayıldığından, biz süni gelin parçalayaraq su halına gətirilməsi üçün müxtəlif kokteyllər hazırlayaraq üzə inyeksiya şəklində tətbiq edirik. Bunun vasitəsilə süni geli bədəndən çıxartmağa çalışırıq. Amma bunun neçə prosedurdan sonra effekt verəcəyini söyləmək olmaz. Uzun sürən müalicə prosesi tələb edir".
E.Rzayeva təsadüfi şəxslərin kosmetoloq həkim kimi fəaliyyətinə qadağa qoyulmasının vacib olduğunu söyləyir. Bildirir ki, qadınlar belə yerlərə qiymət ucuz olduğu üçün müraciət edir. Nəticədə nekrozlaşma kimi fəsadlar yaranır.
Müsahibimiz ölkəmizə süni gellərin, bədən dolğularının təlabat olduğu üçün gətirildiyini söyləyib. Bildirib ki, qadınlar dolğu üçün kosmetoloqa müraciət etdikdə ayıq-sayıq olmalı, gelin təbii olub-olmadığını dəqiqləşdirməlidirlər. Əks halda arzuolunmaz görüntülərlə sosial şəbəkələrdə gündəm olan qadınların sayı çox olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.