DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran prezidenti Ərdoğanla görüşmək üçün yaxın günlərdə Türkiyəyə gedəcək

© AP Photo / Hajarah Nalwaddaİran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi - Sputnik Azərbaycan, 1920, 03.09.2023
Abunə olmaq
Türkiyə xarici işlər naziri Hakan Fidan İran prezidenti İbrahim Rəisi ilə Tehranda görüşüb.
BAKI, 3 sentyabr - Sputnik. İran Prezidenti İbrahim Rəisinin yaxın günlərdə Türkiyəyə rəsmi səfəri gözlənilir.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə Tehranda keçirdiyi birgə mətbuat konfransında deyib.
“Əməkdaşlıq Şurasının ən yüksək səviyyədə səkkizinci iclası münasibətilə cənab Rəisinin Türkiyəyə səfərini gözləyirik. İnşallah, Rəisi prezidentimizlə (Rəcəb Tayyib Ərdoğan - red.) görüşəcək”, - xarici siyasət idarəsinin rəhbəri deyib.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan İran prezidenti İbrahim Rəisi ilə Tehranda görüşüb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
***
Xatırladaq ki,Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Tehrana səfər edib. O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında bir sıra açıqlamalar verib.
Hakan Fidan - Sputnik Azərbaycan, 1920, 03.09.2023
DÜNYA XƏBƏRLƏRİ
Hakan Fidan Tehranda İran və Rusiya ilə birlikdə görəcəkləri işləri açıqladı
Xəbər lenti
0