https://sputnik.az/20230903/kokos-yaginin-tehlukeleri-mueyyen-edilib-458271495.html
Kokos yağının təhlükələri müəyyən edilib
Kokos yağının təhlükələri müəyyən edilib
Sputnik Azərbaycan
Kokos yağının uzun müddət istifadəsi piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edən əhəmiyyətli metabolik dəyişikliklərə səbəb ola bilər. 03.09.2023, Sputnik Azərbaycan
2023-09-03T18:28+0400
2023-09-03T18:28+0400
2023-09-03T18:28+0400
kokos
yağ
təhlükə
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/41735/08/417350898_0:200:1920:1280_1920x0_80_0_0_bb9625fc5b0c3f1d64a2cb29c866b8d0.jpg
BAKI, 3 sentyabr - Sputnik. Campinas Universitetinin (Braziliya) tədqiqatçıları piylənməyə kokos yağının səbəb ola biləcəyini müəyyən ediblər.“Report” xəbər verir ki, alimlərin nəticələri Journal of Functional Foods jurnalında dərc olunub.Müəlliflər siçanlar üzərində bir sıra təcrübələr aparıblar: səkkiz həftə ərzində gəmiricilərin qida rasionuna 13 qram kokos yağı əlavə edilib. Bu təxminən bir xörək qaşığıdır.Bu, orta çəkisi olan bir yetkinin gündəlik tələbatı üçün doymuş yağdan alınan kalorilərin 5%-də nə qədərdir. Təcrübənin sonunda alimlər müəyyən ediblər ki, siçanlarda qida qəbulunda, çəki artımında, narahat davranışlarda, mərkəzi sinir sisteminin, piy toxumasının və qaraciyərin iltihabında əhəmiyyətli dəyişikliklər müşahidə olunub.Bundan əlavə, toxluq və qan şəkərinə nəzarət üçün cavabdeh olan əsas metabolik hormonlar olan leptin və insulinin qabiliyyəti pozulub və yağ sintezində iştirak edən biokimyəvi mexanizmlər stimullaşdırılıb.Nəticələr göstərib ki, bu proses yavaş və səssiz olsa da, kokos yağının uzun müddət istifadəsi piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edən əhəmiyyətli metabolik dəyişikliklərə səbəb ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41735/08/417350898_0:0:1708:1280_1920x0_80_0_0_95f0bfb027df9004ee1c4c88e9397654.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kokos, yağ, təhlükə
Kokos yağının təhlükələri müəyyən edilib
Kokos yağının uzun müddət istifadəsi piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edən əhəmiyyətli metabolik dəyişikliklərə səbəb ola bilər.
BAKI, 3 sentyabr - Sputnik. Campinas Universitetinin (Braziliya) tədqiqatçıları piylənməyə kokos yağının səbəb ola biləcəyini müəyyən ediblər.
“Report” xəbər verir ki, alimlərin nəticələri
Journal of Functional Foods jurnalında dərc olunub.
Müəlliflər siçanlar üzərində bir sıra təcrübələr aparıblar: səkkiz həftə ərzində gəmiricilərin qida rasionuna 13 qram kokos yağı əlavə edilib. Bu təxminən bir xörək qaşığıdır.
Bu, orta çəkisi olan bir yetkinin gündəlik tələbatı üçün doymuş yağdan alınan kalorilərin 5%-də nə qədərdir. Təcrübənin sonunda alimlər müəyyən ediblər ki, siçanlarda qida qəbulunda, çəki artımında, narahat davranışlarda, mərkəzi sinir sisteminin, piy toxumasının və qaraciyərin iltihabında əhəmiyyətli dəyişikliklər müşahidə olunub.
Bundan əlavə, toxluq və qan şəkərinə nəzarət üçün cavabdeh olan əsas metabolik hormonlar olan leptin və insulinin qabiliyyəti pozulub və yağ sintezində iştirak edən biokimyəvi mexanizmlər stimullaşdırılıb.
Nəticələr göstərib ki, bu proses yavaş və səssiz olsa da, kokos yağının uzun müddət istifadəsi piylənmə və əlaqəli xəstəliklərin inkişafına kömək edən əhəmiyyətli metabolik dəyişikliklərə səbəb ola bilər.