https://sputnik.az/20230903/fransada-azerbaycan-musiqi-mektebi-acilib-458268825.html
Fransada Azərbaycan musiqi məktəbi açılıb
Fransada Azərbaycan musiqi məktəbi açılıb
Sputnik Azərbaycan
Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi məktəbdə xarici və yerli bəstəkarların da musiqiləri tədris olunacaq. 03.09.2023, Sputnik Azərbaycan
2023-09-03T14:05+0400
2023-09-03T14:05+0400
2023-09-03T14:05+0400
mədəniyyət
musiqi
fransa
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427764738_0:0:1920:1080_1920x0_80_0_0_3c557d114be1625224c7bbe4c8ff69bf.jpg
BAKI, 3 sentyabr - Sputnik. Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha” musiqi məktəbinin açılışı olub.Məktəbin açılışında Fransada “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Roth və digər şəxslər iştirak ediblər.Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi məktəbdə xarici və yerli bəstəkarların da musiqiləri tədris olunacaq. Məktəbdə piano və vokal musiqi dərsləri keçiriləcək.Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfində oxuyub. Azərbaycanlı musiqiçi 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub.Yerli xor qruplarına dirijorluq edən İ.Ahui Kolmardakı "Yamaha" musiqi məktəbində dərs deyib. Beləliklə, uzun və zəngin musiqi karyerasına malik olan azərbaycanlı musiqiçi özünün məktəbini təsis etmək qərarına gəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/18/427764738_240:0:1680:1080_1920x0_80_0_0_9cc97003deb1218f8bdd0da7c5cfd0ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
musiqi, fransa
Fransada Azərbaycan musiqi məktəbi açılıb
Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi məktəbdə xarici və yerli bəstəkarların da musiqiləri tədris olunacaq.
BAKI, 3 sentyabr - Sputnik. Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha” musiqi məktəbinin açılışı olub.
Məktəbin açılışında Fransada “Yamaha” musiqi məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye Palatasının prezidenti Kristyan Roth və digər şəxslər iştirak ediblər.
Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi məktəbdə xarici və yerli bəstəkarların da musiqiləri tədris olunacaq. Məktəbdə piano və vokal musiqi dərsləri keçiriləcək.
Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano sinfində oxuyub. Azərbaycanlı musiqiçi 2012-ci ildə Kolmar şəhərində konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub.
Yerli xor qruplarına dirijorluq edən İ.Ahui Kolmardakı "Yamaha" musiqi məktəbində dərs deyib. Beləliklə, uzun və zəngin musiqi karyerasına malik olan azərbaycanlı musiqiçi özünün məktəbini təsis etmək qərarına gəlib.