https://sputnik.az/20230903/erzaq-yuku-tezlikle-xenkendideki-ermeniesilli-sakinlere-catdirilacaq---qafar-esgerzade-458267963.html
Ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq - Qafar Əsgərzadə
Ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq - Qafar Əsgərzadə
Sputnik Azərbaycan
AzQAC rəhbərliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparıb. 03.09.2023, Sputnik Azərbaycan
2023-09-03T13:40+0400
2023-09-03T13:40+0400
2023-09-03T13:40+0400
cəmiyyət
azərbaycan qızıl aypara cəmiyyəti
qızıl aypara
qarabağ
erməni
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458124256_0:113:1382:890_1920x0_80_0_0_431f21444d6874936dbf4bbbf4caed6c.jpg
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə gətirdilkəri ərzaq yükünün tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacağına ümid etdiyini bildirib. "Ümid edirik ki, xeyirxah addımımız düzgün dəyərləndiriləcək və gətirdiyimiz ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq” - o, deyib. Əsgərzadə bildirib ki, artıq 6-cı gündür, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar.“Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq” - Qızıl Ayparanın vitse-prezidenti deyib.Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458124256_23:0:1359:1002_1920x0_80_0_0_b6942515f8f140abaca589c8ed5ee4c7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan qızıl aypara cəmiyyəti, qızıl aypara, qarabağ, erməni
azərbaycan qızıl aypara cəmiyyəti, qızıl aypara, qarabağ, erməni
Ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq - Qafar Əsgərzadə
AzQAC rəhbərliyi Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparıb.
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə gətirdilkəri ərzaq yükünün tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacağına ümid etdiyini bildirib.
"Ümid edirik ki, xeyirxah addımımız düzgün dəyərləndiriləcək və gətirdiyimiz ərzaq yükü tezliklə Xənkəndidəki erməniəsilli sakinlərə çatdırılacaq” - o, deyib.
Əsgərzadə bildirib ki, artıq 6-cı gündür, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar.
“Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq” - Qızıl Ayparanın vitse-prezidenti deyib.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.