CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün atmosfer təzyiqi norma daxilində olacaq - Proqnoz

© Sputnik / Murad OrujovŞuşa, arxiv
Şuşa, arxiv - Sputnik Azərbaycan, 1920, 03.09.2023
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti bəzi rayonlarda arabir yağış yağacağını, şimşək çaxacağını proqnozlaşdırır.
BAKI, 3 sentyabr - Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 27-32° isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 27-32°, dağlarda 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0