DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yatarkən musiqi dinləyənlərə xəbərdarlıq!

Yuxu - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
Yatarkən məşhur mahnıları dinləyən təcrübə iştirakçılarıgecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış olduğunu bildiriblər.
BAKI, 2 sentyabr - Sputnik. “Psychological Science” jurnalının araşdırmasına görə, yatarkən dinlənilən musiqi yuxunun keyfiyyətinə mənfi təsir edir. Sputnik Azərbaycan nəşrə istinadən xəbər verir ki, həyatın streslərinə müqavimət göstərmək, yorğun zehnimizi və bədənimizi dincəltmək üçün yatmalıyıq.
Çox zaman bunun üçün musiqi dinləyirik
Yatmaq üçün hazırlanmış mahnı siyahısını açıb telefonu yatağınıza qoymaq əslində yalnız stresli fikirlərdən uzaqlaşmağa, qaçmağa imkan verir.
Digər tərəfdən, beyniniz dinlədiyiniz musiqini emal etməyə və onu beyninizə həkk etməyə başlayır. Bir sözlə, sizi rahatlaşdırdığını düşündüyünüz bu davranış zamanı beyniniz daha çox yorulur və yuxu keyfiyyətiniz azalır.
ABŞ-ın Texas ştatındakı Baylor Universitetinin Yuxu Laboratoriyasında aparılan araşdırmada orta yaş həddi 35,9 olan, yəni Y nəslinin nümayəndəsi olan 199 nəfər iştirak edib. Onlar təcrübələri əsasında anket doldururlar.
© AFP 2024 / ODD ANDERSENQulaqlıqlar, arxiv
Мужчина в наушниках смотрит на монитор, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Qulaqlıqlar, arxiv
Yatarkən məşhur mahnıları dinləyən bu iştirakçıların 33 faizi gecə və ya səhər oyanarkən dinlədikləri mahnıların dillərində dolaşmış olduğunu bildiriblər.
Gündəlik həyatda digərlərinə nisbətən daha çox musiqi dinləyən iştirakçıların yuxu keyfiyyətinin aşağı olduğu da ifadə edilir.
İkinci mərhələdə bu dəfə orta yaş həddi 21,2 olan, yəni Z nəslinin üzvü olan 50 iştirakçı laboratoriya şəraitində müşahidə edilib.
3 məşhur mahnının qeyri-verbal, yəni instrumental variantı səsləndirilib.
Bu arada, bütün subyektlərin qan oksigen səviyyələri, beyin dalğaları, tənəffüs formaları, ürək döyüntüləri, gecə boyu göz və bədən hərəkətləri izlənilib. Lakin nəticə daha da pis olub.
Onların daha gec yuxuya getdiyi və yuxunun səmərəliliyi və keyfiyyətinin aşağı düşdüyü aşkar edilib.
Tədqiqatın aparıcı müəllifi, psixoloq Maykl K. Skullin bildirir ki, vəziyyət populyar musiqi sənayesində “təkrarlanan melodiyalar və cazibədar mahnılar” istehsal etmək meyli ilə bağlıdır.
Çünki bu tip melodiyalar zehnində asanlıqla yer tapır.
Daha çox belə mahnılara qulaq asan insanların yuxu keyfiyyəti daha çox düşə bilir.
Odur ki, yatmamışdan əvvəl hər yerdə eşidilən məşhur və tanış mahnıları dinləmək beynimizin işləməsinə və yuxu keyfiyyətimizin azalmasına səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0