CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Restoranlar müştərilərin cibini “soyur” - AİB sədri

© Sputnik / Сергей Пятаков / Mediabanka keçidKafedə, arxiv
Kafedə, arxiv - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
Mütəxəssis bildirir ki, biznes qurumları vergi orqanından çəkindiyi üçün “servis” haqqını kassaya vururlar, lakin o qədər puldan ofisantlara, xidmət göstərənə heç nə çatmır.
BAKI, 2 sentyabr - Sputnik. Restoran və bu tip iaşə obyektlərində xidmət haqqının” 25 faiz tələb olunması istehlakçıların haqlı narazılığına səbəb olub. Bu məbləğin ofisiantlar üçün tələb edildiyi deyilsə də, “xidmət haqqı” iaşə obyektinin özünə qalır.
“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki,
biznes işi ilə məşğul olanlar bilməlidirlər ki,dünyanın istənilən yerində ,istənilən sahədə istehlakçıya yaxşı xidmət göstəriləndə o əlavə ödəniş edir.
Dünyada istehlakçıların, istehsalçılara, xidmət göstərənlərə qarşı etdiyi bir istehlakçı düşüncəsi mövcuddur. Bu çox yaxşı cəhətdir.
"Lakin təəssüflər olsun ki, bunun əksinə olaraq, istehsalçı, xidmət göstərən, restoran onları mövcud edən biz istehlakçıların bu xidmətini qiymətləndirmir, əksinə bizdən daha çox pul “qoparmaq” istəyirlər. Bu əcaib forma Azərbaycanda 5 ilə yaxındır tətbiq olunur. Son illər daha böyük vüsət alıb. Hətta hökümətin biznes qurmaq üçün yaratdığı rahat şəraitdən, toxunmazlıq şəraitindən istifadə edib “servis haqqı”nı kassa çekinə də salırlar. Yəni hökümətə deyirlər ki, “biz alırıq, istehlakçını soyuruq, ancaq vergi veririk deyə, bizimlə heç kəsin işi olmasın”.
© Sputnik / Murad OrujovEyyub Hüseynov, arxiv
Председатель Союза свободных потребителей Эюб Гусейнов - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Eyyub Hüseynov, arxiv
Mütəxəssis bunun doğru mövqe olmadığını deyir.

"Ölkədə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun mövcuddur. Qanun 1995 - ci ildə qəbul olunub. Baxmayaraq ki, bunu icra etməyə cavabdeh olan dövlət orqanı “ölü” vəziyyətdədir. Həmin dövlət orqanları istehlakçıların hesabına maaş alır. Bu vəziyyətdən sui- istifadə edən biznes qurumları 25 faizə qədər “servis haqqı”tələb edirlər. Dünyada “çay pulu” deyilən bir anlayış var. “Servis haqqın”dan fərqli olaraq, bu istehlakçıların özü tərəfindən könüllü xidmət göstərənə verilən bir məbləğdir. Məsələn, Kanadada müştərilər restoranda ofisanta 20 faizə qədər ofisanta “çay pulu” verirlir. Bizdən fərqli olaraq,bunu biznes sahibinə vermirlər. Əgər yaxşı xidmət göstərilərsə, daha yaxşı pul verərlər” - deyə E.Hüseynov əlavə edib.

Birlik sədri onu da qeyd edib ki, istehlakçılar istehsalçılara, xidmət göstərənlərə belə jestlər göstərirlər.
Azərbaycanda isə, istehsalçılar təəssüf ki, istehlakçılara “yeriyən kaşelok” kimi baxırlar.
Bu yol isə, yol verilməzdir.
Ekpsertin fikrincə, bu, Azərbaycan qanunvericiliyində tənzimlənmir. Lakin qadağan da deyil. Biznes qurumları da bundan sui-istifadə edirlər:

“Biznes qurumları vergi orqanından çəkinirlər. Buna görə “servis” haqqını kassaya vururlar. Bizdə olan məlumata görə, o qədər puldan heç ofisantlara, xidmət göstərənə çatmır. Əksinə şou proqramlar təşkil edirlər. Sanki o artislərlə biznes qurumları əlbirdilər. İnsanları “soymaq”üçün bu yollardan istifadə edirlər. Bütün hallarda Azad İstehlakçılar Birliyi istehlakçıların belə soyulmasına qarşıdır”.

Ekspert bununla bağlı Nazirlər Kabinetinə çağırış da edib.
O deyib ki, biznes qurumları üçün qaydalar qəbul edilməlidir. Ümumiyyətlə biznes qurumları hansısa bir prinsiplə işləməlidir. Bu məsələlər Azərbaycandan götürülməlidir.
“Məsələn, komplekt çay vermək ənənəsi... Bir stəkan çaya, 50 manat istəyirlər. Əgər mürəbbələri götürmürsənsə, çay vermirlər. Bu, Azərbaycan turizim siyasətinə zərbədir. Tezliklə Nazirlər Kabineti bir qərar qəbul etməli və bunun qarşısı alınmalıdır”, - deyə E.Hüseynov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0