https://sputnik.az/20230902/hindistan-oz-kosmik-stansiyasini-ugurla-yerin-orbitine-cixarib-458253818.html
Hindistan öz kosmik stansiyasını uğurla Yerin orbitinə çıxarıb
Hindistan öz kosmik stansiyasını uğurla Yerin orbitinə çıxarıb
Sputnik Azərbaycan
Startdan sonrakı bir saat ərzində Aditya-L1 stansiyası yuxarı sürətləndirmə blikundan ayrılıb və müəyyən olunmuş orbitə buraxılıb. 02.09.2023, Sputnik Azərbaycan
2023-09-02T13:44+0400
2023-09-02T13:44+0400
2023-09-02T13:44+0400
dünya xəbərləri
hindistan
peyk
orbit
hava
günəş
kosmik
https://cdnn1.img.sputnik.az/img/42379/14/423791465_0:144:1081:752_1920x0_80_0_0_0540997fed6c8f80c8b587422eb0133b.jpg
BAKI, 2 avqust - Sputnik. Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Aditya-L1 avtomatik Günəş stansiyasını Yerin orbitinə uğurla çıxarıbş Bu barədə təşkilatın rəhbəri Şri Somanat bildirib.Qeyd edək ki, PSLV-C57 daşıyıcı raketi yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 10:20) Benqal körfəzində yerləşən Şriharikota adasındakı kosmodromdan buraxılıb. Orbitə buraxıldıqdan sonra bir saat ərzində Aditya-L1 stansiyası sürətləndiricidən uğurla ayrılıb və müəyyən edilmiş orbitə çıxıb.ISRO-nun rəhbəri Şri Somanat mətbuat konfransında toplaşanların hamısını uğurlu işə başlaması münasibətilə təbrik edib."Bir müddət o (Aditya-L1 - red.) Yer ətrafında fırlanacaq, bundan sonra Laqranj nöqtəsinə qədər dörd aylıq səyahətə çıxacaq", - deyə qurum rəhbəri bildirib.Aditya-L1 stansiyası Hindistanın Günəşi müşahidə edən ilk rəsədxana tipli kosmik missiyasıdır. Dörd ay müddətində 1,5 milyon kilometrlik səyahətdən sonra cihaz Yerin və Günəşin cazibə qüvvələrinin bərabər olduğu Laqranj L1 nöqtəsində haloorbitə daxil olacaq.Bu tənzimləmə Aditya-L1-ə tutulmalardan yayınmadan Günəşi daim müşahidə etməyə imkan verəcək. Aditya L1 missiyasının Günəş tacının qızdırılması, tac kütləsinin atılması, məşəldən əvvəlki aktivlik və onun xüsusiyyətləri, kosmik hava dinamikası, günəş küləyinin yayılması, hissəciklər və sahələr və s. problemini anlamaq üçün məlumatlar ötürəcəyi gözlənilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42379/14/423791465_38:0:1041:752_1920x0_80_0_0_dc547a97d131e992e94f25f2a75c6217.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hindistan, peyk, orbit, hava, günəş, kosmik
hindistan, peyk, orbit, hava, günəş, kosmik
Hindistan öz kosmik stansiyasını uğurla Yerin orbitinə çıxarıb
Startdan sonrakı bir saat ərzində Aditya-L1 stansiyası yuxarı sürətləndirmə blikundan ayrılıb və müəyyən olunmuş orbitə buraxılıb.
BAKI, 2 avqust - Sputnik. Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Aditya-L1 avtomatik Günəş stansiyasını Yerin orbitinə uğurla çıxarıbş Bu barədə təşkilatın rəhbəri Şri Somanat bildirib.
Qeyd edək ki, PSLV-C57 daşıyıcı raketi yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 10:20) Benqal körfəzində yerləşən Şriharikota adasındakı kosmodromdan buraxılıb. Orbitə buraxıldıqdan sonra bir saat ərzində Aditya-L1 stansiyası sürətləndiricidən uğurla ayrılıb və müəyyən edilmiş orbitə çıxıb.
ISRO-nun rəhbəri Şri Somanat mətbuat konfransında toplaşanların hamısını uğurlu işə başlaması münasibətilə təbrik edib.
"Bir müddət o (Aditya-L1 - red.) Yer ətrafında fırlanacaq, bundan sonra Laqranj nöqtəsinə qədər dörd aylıq səyahətə çıxacaq", - deyə qurum rəhbəri bildirib.
Aditya-L1 stansiyası Hindistanın Günəşi müşahidə edən ilk rəsədxana tipli kosmik missiyasıdır. Dörd ay müddətində 1,5 milyon kilometrlik səyahətdən sonra cihaz Yerin və Günəşin cazibə qüvvələrinin bərabər olduğu Laqranj L1 nöqtəsində haloorbitə daxil olacaq.
Bu tənzimləmə Aditya-L1-ə tutulmalardan yayınmadan Günəşi daim müşahidə etməyə imkan verəcək. Aditya L1 missiyasının Günəş tacının qızdırılması, tac kütləsinin atılması, məşəldən əvvəlki aktivlik və onun xüsusiyyətləri, kosmik hava dinamikası, günəş küləyinin yayılması, hissəciklər və sahələr və s. problemini anlamaq üçün məlumatlar ötürəcəyi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.