CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həm iştahanı artırır, həm də arıqlamağa kömək edir - Faydalı toxumlar

© Depositphotos.com / Tkasperova@mail.ruqarın
qarın - Sputnik Azərbaycan, 1920, 02.09.2023
Abunə olmaq
Alimlər müəyyən ediblər ki, çəkisi 60 kq-a yaxın olan insan üçün hər gün 8-10 ədəd hil yemək kifayətdir
BAKI, 2 sentyabr — Sputnik. Arıqlamağa kömək edən vasitələrdən biri də hildir. Texas universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən alimlər bu qənaətə gəliblər.
Araşdırmanın nəticələrinin dərc olunduğu "International Journal of Molecular Sciences" jurnalında qeyd olunub ki, alimlər heyvanlar üzərində təcrübələr aparıb və onların qidalarına müxtəlif dozalarda hil toxumu əlavə edilib.
Nəticədə bəlli olub ki, hil iştahanı artırsa da, bədəndə yağ qatını azaldır.
Bu səbəbdən alimlər müəyyən ediblər ki, çəkisi 60 kq-a yaxın olan insan üçün hər gün 8-10 ədəd hil yemək kifayətdir.
Aparılan araşdırmalar hilin iltihab əleyhinə xüsusiyyətləri də müəyyən edilib. Alimlərin bildirir ki, bu ədviyyat bir sıra xəstəliklərin inkişafına səbəb ola biləcək iltihabı azalda bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0