https://sputnik.az/20230902/a-buna-qerar-vererse-geostrateji-felaketle-uzlesecek-458229381.html
Aİ buna qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək
Aİ buna qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək
Sputnik Azərbaycan
Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna... 02.09.2023, Sputnik Azərbaycan
2023-09-02T00:16+0400
2023-09-02T00:16+0400
2023-09-02T00:16+0400
ai
dünya xəbərləri
moldova
şimali makedoniya respublikası
avstriya
ukrayna
serbiya
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663049_0:161:3071:1888_1920x0_80_0_0_c89e6064e9d2b4a958d235cfb85cf52e.jpg
BAKI, 2 sentyabr — Sputnik. Avropa İttifaqı Ukraynanı digər namizədlərdən daha tez İttifaqa qəbul etməyə qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək. Bunu Avstriyanın xarici işlər naziri Alexander Şallenberq "Politico" nəşrinə müsahibəsində deyib. "Biz başqa ölkələri kənara ataraq, Ukraynaya üstünlük verə bilmərik. Geostrateji nöqteyi-nəzərdən bu, fəlakət olardı", - o bildirib. O qeyd edib ki, Avstriya Ukrayna və Moldovanın Aİ-yə daxil olması istiqamətində gələcək addımları dəstəkləyir: "Biz Qərbi Balkan ölkələrində belə təəssüratın yaranmasına imkan verə bilmərik", - deyə Şallenberq fikirlərini tamamlayıb. Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell daha əvvəl demişdi ki, ittifaq genişlənmənin yeni mərhələsinə hazırlığı gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663049_170:0:2901:2048_1920x0_80_0_0_92142ead3ba2399001d6978577418843.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ai, moldova, şimali makedoniya respublikası, avstriya, ukrayna, serbiya, türkiyə
ai, moldova, şimali makedoniya respublikası, avstriya, ukrayna, serbiya, türkiyə
Aİ buna qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək
Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir.
BAKI, 2 sentyabr — Sputnik. Avropa İttifaqı Ukraynanı digər namizədlərdən daha tez İttifaqa qəbul etməyə qərar verərsə, geostrateji fəlakətlə üzləşəcək.
Bunu Avstriyanın xarici işlər naziri Alexander Şallenberq "Politico" nəşrinə müsahibəsində deyib.
"Biz başqa ölkələri kənara ataraq, Ukraynaya üstünlük verə bilmərik. Geostrateji nöqteyi-nəzərdən bu, fəlakət olardı", - o bildirib.
O qeyd edib ki, Avstriya Ukrayna və Moldovanın Aİ-yə daxil olması istiqamətində gələcək addımları dəstəkləyir: "Biz Qərbi Balkan ölkələrində belə təəssüratın yaranmasına imkan verə bilmərik", - deyə Şallenberq fikirlərini tamamlayıb.
Albaniya, Bosniya və Herseqovina, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell daha əvvəl demişdi ki, ittifaq genişlənmənin yeni mərhələsinə hazırlığı gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.