Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədən Rusiyaya gedən TIR Balakəndə yanıb

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
BAKI, 1 sentyabr - Sputnik. Türkiyə-Rusiya marşutu ilə işləyən yük maşınında yanğın olub.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən rayonu Qazbinə kəndi ərazisindən keçən hissəsində baş verib.
Türkiyə-Rusiya marşutu ilə hərəkət edən, Türkiyə dövlətinin “SarpTur” firmasına məxsus, Türkiyə vətəndaşı Əhməd Atabəy İsmayıl oğlunun idarə etdiyi iritonnajlı TIR maşınının qoşqu hissəsinin kuzova birləşən yerində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.
Maşının elektrik naqillərində baş verən yanğın dərhal söndürülüb. Xəsarət alan olmayıb. Daha sonra maşın marşut üzrə hərəkətini davam etdirib.
Xəbər lenti
0