https://sputnik.az/20230901/stavropol-diyarinin-azerbaycanda-numayendeliyi-acilacaq-458228931.html
Stavropol diyarının Azərbaycanda nümayəndəliyi açılacaq
Stavropol diyarının Azərbaycanda nümayəndəliyi açılacaq
Sputnik Azərbaycan
O, Rusiya Federasiyasının təsis qurumları arasında Tatarıstan və Dağıstandan sonra respublikada üçüncü olacaq. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T13:41+0400
2023-09-01T13:41+0400
2023-09-01T14:13+0400
iqtisadiyyat
rusiya
stavropol
stavropol vilayəti
nümayəndəlik
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442423976_0:160:3072:1888_1920x0_80_0_0_c41ab167fc5124467d82a1418bce9cdf.jpg
BAKI, 1 sentyabr — Sputnik. Stavropol diyarı 2024-cü ilin ikinci yarısında Azərbaycanda nümayəndəlik açmaq imkanını nəzərdən keçirir. Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı Rusiya Federasiyasının Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubin deyib. "Qubernatordan belə bir tapşırıq var. Biz gözləyirik ki, 2024-cü ilin ikinci yarısında Azərbaycanda Stavropol diyarının nümayəndəliyi yaranacaq, onun məqsədi regionun məhsullarını tanıtmaqdır". Bundan əlavə, nazir Azərbaycan Respublikasına Rusiya Federasiyasının Stavropol diyarında nümayəndəliyini açmağa dəvət edib, çünki bu, ticarət dövriyyəsinin artmasına xidmət edəcək. Tədbirdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Stavropol diyarının Bakıda nümayəndəliyi açıldıqdan sonra o, Rusiya Federasiyasının Azərbaycanda bu addımı atan üçüncü subyekti olacaq. "Tatarıstan və Dağıstanın nümayəndəlikləri bizimlə fəal işləyir. Belə məntəqələrin olması sayəsində qarşılıqlı investisiya layihələrinin sayı və ticarət dövriyyəsi artır", - deyə Mirsayapov bildirib. Kommersiya müqavilələri üzrə qarşılıqlı hesablaşmalardan danışan Rusiya Federasiyasının ticarət nümayəndəsi onu da bildirib ki, Azərbaycan və Rusiya arasında ticarətdə milli valyutalar, Rusiya rubluna tətbiq olunan sanksiyalar məhdudiyyətlərindən əvvəl də istifadə olunub. "Rusiya məhsullarının alıcıları üçün beynəlxalq SWIFT sistemindən istifadə zərurətindən yan keçərək rublla müqavilə bağlamaq və ödənişlər etmək rahatdır. Üstəlik, Azərbaycanda Rusiya kapitallı bank, Rusiyada isə Azərbaycan kapitallı bank var ki, bu da hesablaşma məsələlərini asanlaşdırır", - deyə Mirsayapov bildirib.
https://sputnik.az/20230901/nazir-baki-ile-stavropol-arasinda-emekdasligin-esas-istiqametlerini-aciqladi-458226162.html
stavropol
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/01/442423976_171:0:2902:2048_1920x0_80_0_0_bb818097a8548b06593c242ed556116a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, stavropol, stavropol vilayəti, nümayəndəlik
rusiya, stavropol, stavropol vilayəti, nümayəndəlik
Stavropol diyarının Azərbaycanda nümayəndəliyi açılacaq
13:41 01.09.2023 (Yenilənib: 14:13 01.09.2023) O, Rusiya Federasiyasının təsis qurumları arasında Tatarıstan və Dağıstandan sonra respublikada üçüncü olacaq.
BAKI, 1 sentyabr — Sputnik. Stavropol diyarı 2024-cü ilin ikinci yarısında Azərbaycanda nümayəndəlik açmaq imkanını nəzərdən keçirir. Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində təşkil olunan videokörpü zamanı Rusiya Federasiyasının Stavropol diyarının iqtisadi inkişaf naziri Denis Polyubin deyib.
"Qubernatordan belə bir tapşırıq var. Biz gözləyirik ki, 2024-cü ilin ikinci yarısında Azərbaycanda Stavropol diyarının nümayəndəliyi yaranacaq, onun məqsədi regionun məhsullarını tanıtmaqdır".
Bundan əlavə, nazir Azərbaycan Respublikasına Rusiya Federasiyasının Stavropol diyarında nümayəndəliyini açmağa dəvət edib, çünki bu, ticarət dövriyyəsinin artmasına xidmət edəcək.
Tədbirdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovun sözlərinə görə, Stavropol diyarının Bakıda nümayəndəliyi açıldıqdan sonra o, Rusiya Federasiyasının Azərbaycanda bu addımı atan üçüncü subyekti olacaq.
"Tatarıstan və Dağıstanın nümayəndəlikləri bizimlə fəal işləyir. Belə məntəqələrin olması sayəsində qarşılıqlı investisiya layihələrinin sayı və ticarət dövriyyəsi artır", - deyə Mirsayapov bildirib.
Kommersiya müqavilələri üzrə qarşılıqlı hesablaşmalardan danışan Rusiya Federasiyasının ticarət nümayəndəsi onu da bildirib ki, Azərbaycan və Rusiya arasında ticarətdə milli valyutalar, Rusiya rubluna tətbiq olunan sanksiyalar məhdudiyyətlərindən əvvəl də istifadə olunub.
"Rusiya məhsullarının alıcıları üçün beynəlxalq SWIFT sistemindən istifadə zərurətindən yan keçərək rublla müqavilə bağlamaq və ödənişlər etmək rahatdır. Üstəlik, Azərbaycanda Rusiya kapitallı bank, Rusiyada isə Azərbaycan kapitallı bank var ki, bu da hesablaşma məsələlərini asanlaşdırır", - deyə Mirsayapov bildirib.