https://sputnik.az/20230901/qarabag-regional-dost-merkezi-fealiyyete-baslayib-458246827.html
Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb
Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb
Sputnik Azərbaycan
Vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T23:23+0400
2023-09-01T23:23+0400
2023-09-01T23:23+0400
cəmiyyət
dost iş mərkəzi
dost
bərdə
qarabağ
https://cdnn1.img.sputnik.az/img/42398/28/423982822_0:83:1938:1173_1920x0_80_0_0_5ec8db767de27e98cb8dde9e872134c3.jpg
BAKI, 1 sentyabr - Sputnik. Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib.Bildirilib ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib.Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42398/28/423982822_215:0:1938:1292_1920x0_80_0_0_742f71a1e460ceb2fa981e82e250765e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dost iş mərkəzi, dost, bərdə, qarabağ
dost iş mərkəzi, dost, bərdə, qarabağ
Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb
Vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.
BAKI, 1 sentyabr - Sputnik. Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.
Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib.
Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.
Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.