https://sputnik.az/20230901/mescidlerde-vakant-vezifelerin-tutulmasi-ucun-musahibe-kecirilecek-458230200.html
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
Sputnik Azərbaycan
11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T13:29+0400
2023-09-01T13:29+0400
2023-09-01T13:39+0400
molla
cəmiyyət
məscid
müsahibə
dini qurumlarla iş üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425703004_0:0:3073:1728_1920x0_80_0_0_6b8c0781a3e216efab2c261adad545a2.jpg
BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək. Bu barədə Dövlət Komitəsi məlumat yayıb. Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq. Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir. Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq. Xatırladaq ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası" hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425703004_0:0:2731:2048_1920x0_80_0_0_36e00fa6bf25b1e2db5d3467768f0187.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
molla, məscid, müsahibə, dini qurumlarla iş üzrə dövlət komitəsi
molla, məscid, müsahibə, dini qurumlarla iş üzrə dövlət komitəsi
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə keçiriləcək
13:29 01.09.2023 (Yenilənib: 13:39 01.09.2023) 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələdə isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq
BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi islam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi keçirəcək.
Bu barədə Dövlət Komitəsi məlumat yayıb.
Müsahibənin 4-8 sentyabr tarixlərini əhatə edən birinci mərhələsində qadın dini ayinlərin icraçısı, 11-19 sentyabr tarixlərini əhatə edəcək ikinci mərhələsində isə imam və imam müavini vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.
Qeyd edək ki, 3 may-3 iyun tarixlərində sənəd qəbulu aparılan 19 vakant vəzifəyə (6 qadın dini ayinlərin icraçısı, 3 imam, 10 imam müavini) 113-ü qadın olmaqla, 293 nəfərin müraciəti qeydiyyata alınıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müəyyənləşdirdiyi Müsahibə komissiyası tərəfindən aparılacaq seçimlər Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə komissiyası hər biri ilahiyyatçı olmaqla 7 nəfər üzvdən ibarətdir.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha müvafiq vəzifəyə təyin olunacaq.
Xatırladaq ki, "Dini etiqad azadlığı haqqında" qanuna dəyişiklik edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası" hazırlanıb. Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.