https://sputnik.az/20230901/lacindan-qaca-bilmeyen-separatcilar-vezifeden-niye-qacir-458244803.html
Laçından qaça bilməyən separatçılar "vəzifə"dən niyə qaçır?
Laçından qaça bilməyən separatçılar "vəzifə"dən niyə qaçır?
Sputnik Azərbaycan
Politoloq bildirir ki, Rusiyanın tutduğu mövqe Azərbaycan dövlətinin proseslərə yanaşması ilə vəhdət təşkil edir. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T21:21+0400
2023-09-01T21:21+0400
2023-09-01T23:09+0400
təhlil
araik arutyunyan
xankəndi
laçın
separatçı rejim
separatçı
qarabağ separatçıları
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_0:318:3076:2048_1920x0_80_0_0_5634358fffe7a763380516e15a492926.jpg
BAKI, 1 sentyabr — Sputnik. Qarabağdakı separatçıların liderinin "istefa"sı və ardınca gələn digər "istefa" xəbərləri Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərdəki separatçılar arasında siyasi çaxnaşma olduğunu deməyə əsas verir. Rəsmi Bakının humanitar yardımını qəbul etməkdən imtina edən separatçılar ermənilərin təminatı məsələsində Azərbaycanla uzlaşmaqdan başqa bir yol olmadığını da yaxşı başa düşürlər. Məsələ burasındadır ki, ixtiyarı özündə olmayan separatçılar onlara dəstək vəd edənlərin də bir şey edə bilmədiklərini görürlər. Bəs bu proses hansı istiqamətdə inkişaf edəcək? Mövzu ilə bağlı politoloq Elşən Manafov fikirlərini Sputnik Azərbaycan-a bölüşüb. Politoloq bildirib ki, Arutyunyanın istefası bu ilin əvvəlindən bu vaxta qədər baş verən ikinci böyük "istefa" xəbəridir: "Mən bunu deyərkən Ruben Vardanyanın istefasını xatırlamaq istərdim. Bu istefalar Qarabağda və Ermənistanda dərinləşməkdə olan siyasi və sosial-iqtisadi böhranın nəticəsidir. Bu həm də Vardanyanın bölgəyə gəldikdən sonra burada hakimiyyət uğrunda başlamış mübarizəsinin doğurduğu reallıqdır. Hakimiyyət uğrunda savaş o həddə gəlib çatdı ki, əvvəlcə Vardanyan, ardınca isə Araik Arutyunyan "istefa"ya getməli oldu. Amma hesab edirəm ki, bu "istefa"lar separatçıların Azərbaycan hakimiyyətinə münasibətində ciddi dönüş yaratmayacaq. Araik Arutyunyan Samvel Şahramanyanı vəzifəyə təyin edib ki, həmin şəxs də 2023-cü ilin martında Azərbaycan tərəfi ilə danışıqlar aparan işçi qrupunun rəhbəridir. Nə qədər ki, separatçıların rəhbərliyində ciddi dəyişiklər həyata keçirilməyib və onlar bölgədə qalacaqlarını iddia edirlər, bu danışıqlar prosesində ciddi nəticələrə gətirib çıxartmayacaq". Politoloq hesab edir ki, vəziyyət hadisələrin necə cərəyan edəcəyindən və Azərbaycanın atacağı addımlardan da asılı olaraq dəyişə bilər. Onun sözlərinə görə, Azərbaycan tərəfi Qarabağdakı humanitar vəziyyəti nəzarətdə saxlayır və mümkün yardım təşəbbüsü ilə də çıxış edib: Politoloq bildirir ki, bunun da haradan qaynaqlanması bəllidir: "Bir müddət əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan tərəfindən separatçılarla danışıqlara getməyi və Laçın yolunu qeyd-şərtsiz açmağı tələb edib. BMT-nin Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında da ABŞ və Fransanın mövqeyi eyni olmuşdu. Amma Rusiyanın tutduğu mövqe Azərbaycan dövlətinin proseslərə yanaşması ilə vəhdət təşkil edirdi. Rusiya Ağdam-Xankəndi yolunun Laçın yolu ilə müqayisədə daha yaxın olmasına diqqət çəkir. Ancaq Qərbdən bəlli sifarişlər alan Paşinyan rejimi əvvəlki mövqeyini sərgiləməkdə davam edir. Məhz bu mövqe separatçıların tutduğu mövqeyə kifayət qədər təsir göstərir". Onun sözlərinə əsasən, baş verən proseslər fonunda Azərbaycanda anti-Rusiya ovqatı formalaşdırmaq istəyənlər qərbdən aldıqları sifarişləri yerinə yetirirlər: "Hər halda separatçıların liderinin "vəzifə"sini tərk etməsi onların mövqeyində ciddi dəyişikliyin olacağını deməyə əsas vermir. Yəni , liderlik missiyasını öhdəsinə götürən şəxslər də Arutyunyanın və Vardanyanın təsirində olan şəxslər olacaqlar. Amma indiki şəraitdə bunun mümkün olacağını düşünmürəm. Hər bir halda separatçılar ciddi məngənə altındadır. Azərbaycan beynəlxalq hüquqa əsaslanan anti-terror əməliyyatları keçirmək hüququnu hələ də özündə saxlayır. Bu isə separatçıları və onlara havadarlıq edənləri daim narahat saxlayır. Amma bir məqamı da qeyd edim ki. Araikin istefası onu heç bir hüquqi məsuliyyətdən azad etmir. Ona görə də Azərbaycana separatçılarla danışığa gedin deyənlərin bu fikirləri həm də təhdid kimi anlaşıla bilər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41069/08/410690803_345:0:3076:2048_1920x0_80_0_0_44b057150f4cc192de2adb3a2d9713e0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
araik arutyunyan, xankəndi, laçın, separatçı rejim, separatçı, qarabağ separatçıları
araik arutyunyan, xankəndi, laçın, separatçı rejim, separatçı, qarabağ separatçıları
Laçından qaça bilməyən separatçılar "vəzifə"dən niyə qaçır?
21:21 01.09.2023 (Yenilənib: 23:09 01.09.2023) Politoloq bildirir ki, Rusiyanın tutduğu mövqe Azərbaycan dövlətinin proseslərə yanaşması ilə vəhdət təşkil edir.
BAKI, 1 sentyabr — Sputnik. Qarabağdakı separatçıların liderinin "istefa"sı və ardınca gələn digər "istefa" xəbərləri Rusiya Sülhməramlılarının nəzarətində olan ərazilərdəki separatçılar arasında siyasi çaxnaşma olduğunu deməyə əsas verir. Rəsmi Bakının humanitar yardımını qəbul etməkdən imtina edən separatçılar ermənilərin təminatı məsələsində Azərbaycanla uzlaşmaqdan başqa bir yol olmadığını da yaxşı başa düşürlər. Məsələ burasındadır ki, ixtiyarı özündə olmayan separatçılar onlara dəstək vəd edənlərin də bir şey edə bilmədiklərini görürlər.
Bəs bu proses hansı istiqamətdə inkişaf edəcək?
Mövzu ilə bağlı politoloq Elşən Manafov fikirlərini Sputnik Azərbaycan-a bölüşüb.
Politoloq bildirib ki, Arutyunyanın istefası bu ilin əvvəlindən bu vaxta qədər baş verən ikinci böyük "istefa" xəbəridir:
"Mən bunu deyərkən Ruben Vardanyanın istefasını xatırlamaq istərdim. Bu istefalar Qarabağda və Ermənistanda dərinləşməkdə olan siyasi və sosial-iqtisadi böhranın nəticəsidir. Bu həm də Vardanyanın bölgəyə gəldikdən sonra burada hakimiyyət uğrunda başlamış mübarizəsinin doğurduğu reallıqdır.
Hakimiyyət uğrunda savaş o həddə gəlib çatdı ki, əvvəlcə Vardanyan, ardınca isə Araik Arutyunyan "istefa"ya getməli oldu. Amma hesab edirəm ki, bu "istefa"lar separatçıların Azərbaycan hakimiyyətinə münasibətində ciddi dönüş yaratmayacaq.
Araik Arutyunyan Samvel Şahramanyanı vəzifəyə təyin edib ki, həmin şəxs də 2023-cü ilin martında Azərbaycan tərəfi ilə danışıqlar aparan işçi qrupunun rəhbəridir. Nə qədər ki, separatçıların rəhbərliyində ciddi dəyişiklər həyata keçirilməyib və onlar bölgədə qalacaqlarını iddia edirlər, bu danışıqlar prosesində ciddi nəticələrə gətirib çıxartmayacaq".
Politoloq hesab edir ki, vəziyyət hadisələrin necə cərəyan edəcəyindən və Azərbaycanın atacağı addımlardan da asılı olaraq dəyişə bilər.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Qarabağdakı humanitar vəziyyəti nəzarətdə saxlayır və mümkün yardım təşəbbüsü ilə də çıxış edib:
"Real olaraq Azərbaycana məxsus içində humanitar yardım olan yük maşınları Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycan problemlərin həlli məqsədi ilə alternativ yol təklif edib. Amma qeyd etmək lazımdır ki, Ermənistan hökumətinin də bölgədəki vəziyyətlə bağlı açıqlamalarında kifayət qədər təzadlı məqamlar var. Bir tərəfdən Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanıyan Ermənistan, digər tərəfdən Qarabağın təhlükəsizliyinin təmin olunması məqsədilə beynəlxalq qüvvələrin bölgəyə cəlb olunmasında təkid edir".
Politoloq bildirir ki, bunun da haradan qaynaqlanması bəllidir:
"Bir müddət əvvəl ABŞ Dövlət Departamenti Azərbaycan tərəfindən separatçılarla danışıqlara getməyi və Laçın yolunu qeyd-şərtsiz açmağı tələb edib. BMT-nin Laçın yolu və Qarabağdakı humanitar vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında da ABŞ və Fransanın mövqeyi eyni olmuşdu. Amma Rusiyanın tutduğu mövqe Azərbaycan dövlətinin proseslərə yanaşması ilə vəhdət təşkil edirdi. Rusiya Ağdam-Xankəndi yolunun Laçın yolu ilə müqayisədə daha yaxın olmasına diqqət çəkir. Ancaq Qərbdən bəlli sifarişlər alan Paşinyan rejimi əvvəlki mövqeyini sərgiləməkdə davam edir. Məhz bu mövqe separatçıların tutduğu mövqeyə kifayət qədər təsir göstərir".
Onun sözlərinə əsasən, baş verən proseslər fonunda Azərbaycanda anti-Rusiya ovqatı formalaşdırmaq istəyənlər qərbdən aldıqları sifarişləri yerinə yetirirlər:
"Hər halda separatçıların liderinin "vəzifə"sini tərk etməsi onların mövqeyində ciddi dəyişikliyin olacağını deməyə əsas vermir. Yəni , liderlik missiyasını öhdəsinə götürən şəxslər də Arutyunyanın və Vardanyanın təsirində olan şəxslər olacaqlar. Amma indiki şəraitdə bunun mümkün olacağını düşünmürəm. Hər bir halda separatçılar ciddi məngənə altındadır. Azərbaycan beynəlxalq hüquqa əsaslanan anti-terror əməliyyatları keçirmək hüququnu hələ də özündə saxlayır. Bu isə separatçıları və onlara havadarlıq edənləri daim narahat saxlayır. Amma bir məqamı da qeyd edim ki. Araikin istefası onu heç bir hüquqi məsuliyyətdən azad etmir. Ona görə də Azərbaycana separatçılarla danışığa gedin deyənlərin bu fikirləri həm də təhdid kimi anlaşıla bilər".