Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Hacıyev: Erməni sakinlər Azərbaycan vətəndaşlığına ərizə ilə müraciət etməlidirlər

© Sputnik / Murad OrudjevПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb
BAKI, 1 sentyabr - Sputnik. Hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World”ə deyib.
Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər. Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar.
Ayxan Hacızadə - Sputnik Azərbaycan, 1920, 01.09.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ayxan Hacızadə Paşinyanın iddialarına cavab verib
Xəbər lenti
0