https://sputnik.az/20230901/bir-sira-seherdaxili-ve-seheretrafi-avtobus-marsrutlari-musabiqeye-cixarilir-458244407.html
Bir sıra şəhərdaxili və şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır
Bir sıra şəhərdaxili və şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır
Sputnik Azərbaycan
Sənədlər 2 oktyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T20:30+0400
2023-09-01T20:30+0400
2023-09-01T20:30+0400
cəmiyyət
avtobus
müsabiqə
şəhərlərarası
müsabiqə
yerüstü nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439439012_0:96:1024:672_1920x0_80_0_0_4a73031e6b20a07652b316dce28c06e0.jpg
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Agentliyin xəbərinə görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir. Sənədlər 2 oktyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel.: 012-567-99-76, 055-626-55-63, e-poçt: natig.valiyev@ayna.gov.az) qəbul ediləcək. Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən 54 nömrəli (Qara Qarayev prospekti – Sabunçu qəsəbəsi) şəhərdaxili, 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) və 596 nömrəli (Xırdalan şəhəri – "Binə" ticarət mərkəzi) şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə hərəsində 1 Lot üzrə baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan (https://ayna.gov.az/pages/view?id=70&slug=elanlar) əldə edə bilərsiniz. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/16/439439012_0:0:1024:768_1920x0_80_0_0_b754bb9e5fb55b5e1fe36c7eaddb84f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avtobus, müsabiqə, şəhərlərarası, müsabiqə, yerüstü nəqliyyat agentliyi
avtobus, müsabiqə, şəhərlərarası, müsabiqə, yerüstü nəqliyyat agentliyi
Bir sıra şəhərdaxili və şəhərətrafı avtobus marşrutları müsabiqəyə çıxarılır
Sənədlər 2 oktyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 567, 592 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Agentliyin xəbərinə görə, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.
Sənədlər 2 oktyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel.: 012-567-99-76, 055-626-55-63, e-poçt: natig.valiyev@ayna.gov.az) qəbul ediləcək.
Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən 54 nömrəli (Qara Qarayev prospekti – Sabunçu qəsəbəsi) şəhərdaxili, 567 nömrəli (Qobu qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi), 592 nömrəli (Xırdalan şəhəri – Görədil kəndi) və 596 nömrəli (Xırdalan şəhəri – "Binə" ticarət mərkəzi) şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə hərəsində 1 Lot üzrə baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan (https://ayna.gov.az/pages/view?id=70&slug=elanlar) əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.