SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verib

© Photo : MFA AzerbaijanAyxan Hacızadə
Ayxan Hacızadə - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Onun sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib
BAKI, 1 sentyabr — Sputnik. "Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X"də Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi fikirlərə cavab olaraq yazıb.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib: "Bu baxımdan Almaniyanın xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr erməni təbliğatının məhsuludur".
Qeyd edək ki, A.Berbok daha əvvəl Qarabağda fəlakətli vəziyyətin hökm sürdüyü bildirmişdi.
Xəbər lenti
0