https://sputnik.az/20230901/a-yeni-rus-iynesi-ucun-mubarize-aparmaga-hazirdir-458208002.html
Aİ yeni "rus iynəsi" üçün mübarizə aparmağa hazırdır
Aİ yeni "rus iynəsi" üçün mübarizə aparmağa hazırdır
Sputnik Azərbaycan
Tələsik tətbiq edilən qadağalar və embarqolar nəticəsində Rusiyanın bütün əsas əmtəə maddələrində əsas oyunçu olduğu beynəlxalq bazarda tam qarışıqlıq yarandı... 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T08:33+0400
2023-09-01T08:33+0400
2023-09-01T08:33+0400
ai
təhlil
macarıstan
qərb
rusiya
karbohidrat
türk axını
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516514_0:292:3072:2020_1920x0_80_0_0_4a015504e8c95609aaeeadd315cef044.jpg
Hazırda ən məşhur amerikalı jurnalist Taker Karlson Avropa turnesini davam etdirir, o, artıq Serbiya prezidentindən müsahibə almağa nail olub. Elə dünən isə onun Macarıstan lideri ilə söhbəti dərc olunub. Viktor Orbanın özünə sadiq olduğu ortaya çıxıb və o, dərhal Avropadaxili siyasi qalmaqalın kəskin zirvəsinə daxil olub. Digər məsələlərlə yanaşı, o bildirib ki, Macarıstan və Serbiya Rusiya qaz marşrutlarının fəaliyyətinə hər hansı müdaxilə cəhdini müharibə üçün bəhanə hesab edəcək. Son dərəcə şəffaf diplomatik terminlərdən tərcümədə bu o deməkdir ki, əgər kimsə "Türk axını" boru kəmərini partlatmağa və ya başqa yolla sıradan çıxarmağa cəhd edərsə, Budapeşt və Belqrad əllərində silah və zirehli texnikanın iştirakı ilə boru uğrunda döyüşməyə hazırdırlar. Sonda Orban "lazım olan şəxsin" onun mesajını eşitdiyinə və hər şeyi düzgün başa düşdüyünə əmin olduğunu bildirib. Avropa xalqları ailəsi daxilində şirin diplomatiya buna deyirlər. Qeyd etmək lazımdır ki, Viktor Orban ikiüzlü Qərb gündəmi nöqteyi-nəzərindən səs-küy salan və fitnə-fəsad törədən olsa da, sadəcə olaraq digər ölkələrin və Aİ siyasətçilərinin susmağa üstünlük verdiyi real faktları dilə gətirir. Belə ki, Macarıstan liderinin müsahibəsi ilə eyni vaxtda "Financial Times" qəzetində məqalə dərc olunub və bu məqalədə "Global Witness" beynəlxalq təşkilatının məlumatlarına istinadən açıq-aydın deyilir: bu ilin sonuna qədər avrozona ölkələri rekord məbləğdə Rusiyada hasil edilən mayeləşdirilmiş təbii qaz alacaqlar. Xüsusilə, təhlil Çinin ənənəvi olaraq Rusiya MTQ-nın əsas alıcısı olduğunu, bu ilin yanvar-iyul ayları ərzində orada tədarüklərin həcminin birdən-birə 62,7 faiz artaraq 4,46 milyon tona çatdığını göstərən məlumatlar verir. Oxşar proses maliyyə baxımından da müşahidə edilib - qiymətlərin dəyişməsi səbəbindən Rusiyanın enerji resurslarının ixracı 20 faizdən çox bahalaşıb, treyderlərin gəlirlərinin həcmi isə az qala üç milyard dollara çatıb. ÇXR bu rolla tanışdır, lakin siyahıda daha sonra tamamilə gözlənilməz oyunçular gəlir. Rusiyadan MTQ-nin alışına görə ikinci yerdə İspaniya, üçüncü yerdə isə kiçik Belçikadır. Rusiyadan bu ölkələrə idxalın kəskin artması sayəsində Aİ daxilində maye qazın alışının ümumi həcmi bir anda 40 faiz artıb. Həm "Financial Times", həm də "Global Witness" açıqlanan tendensiyadan və bir il belə sərt anti-Rusiya sanksiyalarına dözə bilməyən Avropa dövlətlərinin dizlərinin zəifliyindən son dərəcə məyusdur. Hər iki xəbəri bilərəkdən bir düyünə bağladıq. Avropanın enerji daşıyıcılarından imtina edərək Moskvanı necə dəhşətli şəkildə cəzalandıracağı və bununla da Rusiyanın müdafiə büdcəsini dibinə qədər qurudacağına dair söhbətləri, yəqin ki, yalnız yadplanetlilər eşitməyib. Tələsik tətbiq edilən qadağalar və embarqolar nəticəsində Rusiyanın bütün əsas əmtəə maddələrində əsas oyunçu olduğu beynəlxalq bazarda tam qarışıqlıq yarandı və qiymətlər stratosferə sıçradı. Bu ona gətirib çıxarıb ki, ötən il yerli neft, qaz, kömür və onların emalı məhsulları dövlət büdcəsinə 300 milyard dollara yaxın gəlir gətirib. Çaxnaşma yaşayan avropalıların əlləri isə - Norveç və ABŞ kimi digər resurs təminatçıları mənasında, kim gəldi – onun tərəfindən isindi. Cari ildə Qərbin siyasi liderləri müsbət və inamla işıq saçırlar, lakin bu görünüş nə fiziki coğrafiyanı, nə də logistika qanunlarını heç bir şəkildə dəyişməyib. Karbohidrogen yataqları öz yerlərində qalıb, spot müqavilələrə keçid və boru kəmərlərinin tədarükündən imtina edilməsi isə, daşıyıcıların və ticarət donanmalarının sahiblərinin istehsalçılardan demək olar ki, daha çox qazanmağa başlamasına səbəb oldu. Rusiya liberal icmasının daxilində ənənəvi olaraq kollektiv Qərbin bu cür maliyyə qasırğalarından heç bir çətinlik çəkmədən sağ çıxacağına aid kor-koranə inam dolaşır. Yəni ki, nə qədər lazımdırsa, o qədər pul çap olunacaq. Bazarın obyektiv reallığı isə belədir ki, tammiqyaslı sanksiya müharibəsinin başlamasından iki ildən az bir müddət sonra hətta ən son güclü və köklü Almaniya iqtisadiyyatı tənəzzülə uğradı. Brüssel hər bir ayrı-ayrı ölkənin istehlak paylarını nəzərə alaraq, enerji resurslarının vahid alışında liderlik etməyə çalışdı, lakin bu dizayn açıq şəkildə qeyri-mümkün oldu və gördüyümüz kimi, bu gün hər bir ölkə öz ehtiyat anbarlarını sakitcə doldurmağa çalışır. Hətta dost olmayan Rusiyadan gələn neft və ya təbii qazla olsa belə. Köhnə bir zarafat var: "halva-halva" deməklə, ağız şirin olmaz. Bu ifadə Avropa İttifaqının Rusiyanın enerji resurslarından imtina etməsi prosesini mükəmməl dəqiqliklə çatdırır. Qərbdə Moskva ilə ticarət əlaqələrinin kəsilməsinin heç nəyə təsir etməyəcəyi ilə bağlı o qədər yazılar yazılıb, o qədər pafoslu çıxışlar edilib, o qədər şirin vədlər verilib ki. Əslində isə Avropa karbohidrogenləri şərqdən almağa davam edir, ancaq hazırda bunu utanaraq, piştaxtanın altından edir. Eyni zamanda, artım dinamikasına görə, digər marşrutlar üzrə tədarüklərin həcmi ya məhduddur, ya da o qədər bahadır ki, Aİ dövlətləri əllərində silahla qiymətli boruları və terminalları sözün əsl mənasında müdafiə etməyə hazırdırlar. Hətta bir-birindən olsa belə.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516514_176:0:2907:2048_1920x0_80_0_0_16ec2dc972e2eae1d72d43ff8f4dbc48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Sergey Savçuk
https://cdnn1.img.sputnik.az/img/42329/30/423293016_0:60:911:971_100x100_80_0_0_98904c3c6ddd8d0f580ea75867d22f25.jpg
ai, macarıstan, qərb, rusiya, karbohidrat, türk axını
ai, macarıstan, qərb, rusiya, karbohidrat, türk axını
Aİ yeni "rus iynəsi" üçün mübarizə aparmağa hazırdır
Tələsik tətbiq edilən qadağalar və embarqolar nəticəsində Rusiyanın bütün əsas əmtəə maddələrində əsas oyunçu olduğu beynəlxalq bazarda tam qarışıqlıq yarandı və qiymətlər stratosferə sıçradı.
Hazırda ən məşhur amerikalı jurnalist Taker Karlson Avropa turnesini davam etdirir, o, artıq Serbiya prezidentindən müsahibə almağa nail olub. Elə dünən isə onun Macarıstan lideri ilə söhbəti dərc olunub. Viktor Orbanın özünə sadiq olduğu ortaya çıxıb və o, dərhal Avropadaxili siyasi qalmaqalın kəskin zirvəsinə daxil olub. Digər məsələlərlə yanaşı, o bildirib ki, Macarıstan və Serbiya Rusiya qaz marşrutlarının fəaliyyətinə hər hansı müdaxilə cəhdini müharibə üçün bəhanə hesab edəcək.
Son dərəcə şəffaf diplomatik terminlərdən tərcümədə bu o deməkdir ki, əgər kimsə "Türk axını" boru kəmərini partlatmağa və ya başqa yolla sıradan çıxarmağa cəhd edərsə, Budapeşt və Belqrad əllərində silah və zirehli texnikanın iştirakı ilə boru uğrunda döyüşməyə hazırdırlar. Sonda Orban "lazım olan şəxsin" onun mesajını eşitdiyinə və hər şeyi düzgün başa düşdüyünə əmin olduğunu bildirib.
Avropa xalqları ailəsi daxilində şirin diplomatiya buna deyirlər.
Qeyd etmək lazımdır ki, Viktor Orban ikiüzlü Qərb gündəmi nöqteyi-nəzərindən səs-küy salan və fitnə-fəsad törədən olsa da, sadəcə olaraq digər ölkələrin və Aİ siyasətçilərinin susmağa üstünlük verdiyi real faktları dilə gətirir.
Belə ki, Macarıstan liderinin müsahibəsi ilə eyni vaxtda "Financial Times" qəzetində məqalə dərc olunub və bu məqalədə "Global Witness" beynəlxalq təşkilatının məlumatlarına istinadən açıq-aydın deyilir: bu ilin sonuna qədər avrozona ölkələri rekord məbləğdə Rusiyada hasil edilən mayeləşdirilmiş təbii qaz alacaqlar.
Xüsusilə, təhlil Çinin ənənəvi olaraq Rusiya MTQ-nın əsas alıcısı olduğunu, bu ilin yanvar-iyul ayları ərzində orada tədarüklərin həcminin birdən-birə 62,7 faiz artaraq 4,46 milyon tona çatdığını göstərən məlumatlar verir. Oxşar proses maliyyə baxımından da müşahidə edilib - qiymətlərin dəyişməsi səbəbindən Rusiyanın enerji resurslarının ixracı 20 faizdən çox bahalaşıb, treyderlərin gəlirlərinin həcmi isə az qala üç milyard dollara çatıb.
ÇXR bu rolla tanışdır, lakin siyahıda daha sonra tamamilə gözlənilməz oyunçular gəlir. Rusiyadan MTQ-nin alışına görə ikinci yerdə İspaniya, üçüncü yerdə isə kiçik Belçikadır. Rusiyadan bu ölkələrə idxalın kəskin artması sayəsində Aİ daxilində maye qazın alışının ümumi həcmi bir anda 40 faiz artıb.
Həm "Financial Times", həm də "Global Witness" açıqlanan tendensiyadan və bir il belə sərt anti-Rusiya sanksiyalarına dözə bilməyən Avropa dövlətlərinin dizlərinin zəifliyindən son dərəcə məyusdur.
Hər iki xəbəri bilərəkdən bir düyünə bağladıq.
Avropanın enerji daşıyıcılarından imtina edərək Moskvanı necə dəhşətli şəkildə cəzalandıracağı və bununla da Rusiyanın müdafiə büdcəsini dibinə qədər qurudacağına dair söhbətləri, yəqin ki, yalnız yadplanetlilər eşitməyib. Tələsik tətbiq edilən qadağalar və embarqolar nəticəsində Rusiyanın bütün əsas əmtəə maddələrində əsas oyunçu olduğu beynəlxalq bazarda tam qarışıqlıq yarandı və qiymətlər stratosferə sıçradı. Bu ona gətirib çıxarıb ki, ötən il yerli neft, qaz, kömür və onların emalı məhsulları dövlət büdcəsinə 300 milyard dollara yaxın gəlir gətirib. Çaxnaşma yaşayan avropalıların əlləri isə - Norveç və ABŞ kimi digər resurs təminatçıları mənasında, kim gəldi – onun tərəfindən isindi.
Cari ildə Qərbin siyasi liderləri müsbət və inamla işıq saçırlar, lakin bu görünüş nə fiziki coğrafiyanı, nə də logistika qanunlarını heç bir şəkildə dəyişməyib. Karbohidrogen yataqları öz yerlərində qalıb, spot müqavilələrə keçid və boru kəmərlərinin tədarükündən imtina edilməsi isə, daşıyıcıların və ticarət donanmalarının sahiblərinin istehsalçılardan demək olar ki, daha çox qazanmağa başlamasına səbəb oldu.
Rusiya liberal icmasının daxilində ənənəvi olaraq kollektiv Qərbin bu cür maliyyə qasırğalarından heç bir çətinlik çəkmədən sağ çıxacağına aid kor-koranə inam dolaşır. Yəni ki, nə qədər lazımdırsa, o qədər pul çap olunacaq. Bazarın obyektiv reallığı isə belədir ki, tammiqyaslı sanksiya müharibəsinin başlamasından iki ildən az bir müddət sonra hətta ən son güclü və köklü Almaniya iqtisadiyyatı tənəzzülə uğradı.
Brüssel hər bir ayrı-ayrı ölkənin istehlak paylarını nəzərə alaraq, enerji resurslarının vahid alışında liderlik etməyə çalışdı, lakin bu dizayn açıq şəkildə qeyri-mümkün oldu və gördüyümüz kimi, bu gün hər bir ölkə öz ehtiyat anbarlarını sakitcə doldurmağa çalışır. Hətta dost olmayan Rusiyadan gələn neft və ya təbii qazla olsa belə.
Köhnə bir zarafat var: "halva-halva" deməklə, ağız şirin olmaz. Bu ifadə Avropa İttifaqının Rusiyanın enerji resurslarından imtina etməsi prosesini mükəmməl dəqiqliklə çatdırır.
Qərbdə Moskva ilə ticarət əlaqələrinin kəsilməsinin heç nəyə təsir etməyəcəyi ilə bağlı o qədər yazılar yazılıb, o qədər pafoslu çıxışlar edilib, o qədər şirin vədlər verilib ki. Əslində isə Avropa karbohidrogenləri şərqdən almağa davam edir, ancaq hazırda bunu utanaraq, piştaxtanın altından edir. Eyni zamanda, artım dinamikasına görə, digər marşrutlar üzrə tədarüklərin həcmi ya məhduddur, ya da o qədər bahadır ki, Aİ dövlətləri əllərində silahla qiymətli boruları və terminalları sözün əsl mənasında müdafiə etməyə hazırdırlar. Hətta bir-birindən olsa belə.