https://sputnik.az/20230831/seckiler---abs-venesuela-ve-rana-qarsi-sanksiyalardan-niye-geri-cekilir-458168574.html
Seçkilər - ABŞ Venesuela və İrana qarşı sanksiyalardan niyə geri çəkilir?
Seçkilər - ABŞ Venesuela və İrana qarşı sanksiyalardan niyə geri çəkilir?
Sputnik Azərbaycan
Son zamanlar Qərb mediası ABŞ-ın Venesuela və İrandan neft tədarükünə tətbiq etdiyi sanksiyaların yumşaldılması ilə bağlı xəbərlərlə doludur. ABŞ-ı xarici... 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T08:38+0400
2023-08-31T08:38+0400
2023-08-31T08:38+0400
iran
təhlil
abş
briks
seçkilər
səudiyyə ərəbistanı
neft
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_0:160:3072:1888_1920x0_80_0_0_7fdb09a24cce39ab65aba292d79616a5.jpg
BAKI, 31 avqust — Sputnik. ABŞ neft və neft məhsullarının daxili qiymətlərini aşağı salmaq, inflyasiya ilə mübarizə aparmaq və tükənmiş "qara qızıl" ehtiyatlarını artırmaq üçün son vaxtlar xarici siyasətində ciddi korrektələr edir. Bu problemləri indi həll etmək lazımdır, çünki əks halda 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri Demokratlar Partiyasını uzun müddət dövlət başçısı postundan uzaqlaşdıra bilər. Məhz buna görə də Vaşinqton xarici siyasət prinsipləri məsələsində geri çəkilməli, xüsusən də ən böyük karbohidrogen istehsalçılarına - Venesuela və İrana qarşı sanksiyaları yumşaltmağa məcburdur. Venesuelanın demokratik nefti ABŞ neft emalı zavodları Rusiyanın "qara qızıl" növünü əvəz edə biləcək ağır neftin kəskin çatışmazlığı ilə üzləşir və Venesueladan lazımi həcmləri almağa ümid edirlər. Paradoks ondadır ki, bir vaxtlar əvvəlki Prezident Donald Trampın Karakasa qarşı sanksiyalarından sonra Venesuelanı əvəz edən məhz Rusiya nefti idxal edilirdi. Lakin keçən il Rusiyanın neft tədarüklərinə qarşı sanksiyalara görə, Moskva ABŞ-a ixracı kəskin şəkildə azaldıb və bu, ABŞ-ın neft emalı zavodlarının bir hissəsinin hasilatı azaltmasına və ya fəaliyyətini dayandırmasına səbəb olub. Nəticədə, ABŞ-da benzin qiymətləri keçən il, demək olar ki, hər gün bütün zamanların ən yüksək həddinə çataraq, milli orta hesabla Amerika Avtomobil Assosiasiyası tərəfindən indiyə qədər qeydə alınan ən yüksək qiymətə - bir qallon üçün (3,8 litr) 4,31-5 dollara çatdı. Bu gün ABŞ-da bir qallon benzin hələ də, təxminən 5 dollaradır, Kaliforniya kimi bahalı ştatlarda isə orta qiymət 6 dollara çata bilər. Neft qıtlığı problemi və benzinin qiymətinin qalxması ilə üzləşən Vaşinqton prinsiplərdən əl çəkmək və Karakasa onunla neft alverinə icazə vermək qərarına gəlib. Belə ki, KİV-in məlumatına görə, ABŞ federal hökuməti ölkədə azad və ədalətli prezident seçkiləri təşkil ediləcəyi təqdirdə Venesuelaya qarşı sanksiyaların yumşaldılması layihəsi üzərində işləyir. Venesuela hakimiyyətinin buna nə cavab verəcəyi hələ məlum deyil, lakin Vaşinqton vaxt itirməyi sevmir - ilin əvvəlindən etibarən ABŞ sanksiyaları tədricən yumşaltmağa başladı, nəticədə Amerikanın neft və qaz nəhəngi olan "Chevron"a Venesuelada fəaliyyət göstərmək üçün lisenziya verilib. Özləri öldürdülər - özləri diriltdilər Belə hesab edilir ki, ABŞ-ın "Chevron"u Qərb şirkətlərinin Venesueladakı karbohidrogen layihələrinə qayıtmasının ilk əlamətidir. Nəticədə, analitiklərin gözlədiyi kimi, investisiyalardan və neft hasilatının genişləndirilməsindən sonra ölkədə gündəlik xammal hasilatı növbəti iki il ərzində 200 min barel - 1 milyon barrelə qədər artırıla bilər. Qeyd edək ki, Venesuelanın əsas gəlir mənbəyi - neft ixracı ABŞ-ın sanksiyaları nəticəsində azalmağa başlayıb. Xatırladaq ki, Vaşinqtonun Karakasa qarşı sanksiya təzyiqi hələ 2015-ci ildə başlayıb, lakin 2019-cu ildə Prezident Trampın Venesuela neftinin ixracına qadağa qoyması və ölkənin neft-qaz şirkəti olan "PDVSA"-ya qarşı sanksiyaları təsdiqləməsi ilə pik həddə çatıb. Nəticədə Venesueladan neft hasilatı və ixracı ötən il son 50 ilin ən aşağı səviyyəsinə düşüb. Belə ki, sanksiyalardan əvvəl Venesuela gündəlik 3,2 milyon barel hasil edirdisə, keçən il bu rəqəm, təxminən 700 min barel olub. Venesuela hakimiyyətinin hesablamalarına görə, 2015-ci ildən cari ilədək sanksiyalar məhdudiyyətləri səbəbindən ölkənin itkiləri 232 milyard dollara çatıb. Analitiklər qeyd edirlər ki, "Chevron" Venesuelanın neft və qaz bazarına qayıtdıqdan sonra Karakasın neft gəlirlərinin bir hissəsi ölkənin Amerika şirkətinə olan milyardlarla borcunu ödəməyə gedəcək. Beləliklə, Vaşinqton qısa müddətdə öz neft iştahını Karakasın maraqlarını nəzərə almadan Venesuela hesabına təmin etməyə ümid edir. ABŞ neft böhranına ümid edir İran ABŞ sanksiyalarının yumşaldılması üçün növbəti namizəddir - Bloomberg-in məlumatına görə, Vaşinqton Tehrana qarşı sanksiyaları yumşaltmağa razılaşıb ki, bu da ölkənin öz nefti ilə Asiya bazarlarına çıxmasına imkan verəcək. Nəşr iddia edir ki, ABŞ-ın bu qərarı qiymətləri aşağı salmaq məqsədlərindən əlavə, həm də Rusiya Federasiyası və İranı neft bazarında xammal satışı üçün sıxışdırmaq cəhdi ilə bağlıdır. Bloomberg, həmçinin bildirir ki, İran və ABŞ Cənubi Koreya bankında İranın aktivlərini azad etmək barədə razılığa gəliblər, həmçinin əsirlərin mübadiləsində irəliləyiş əldə ediblər. Xatırladaq ki, ABŞ-ın İranın neft-qaz sektoruna qarşı sanksiyaları ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra sərtləşdirilib. Analitiklər hesab edirlər ki, İranın neft-qaz sənayesi kifayət qədər yaxşı səviyyədədir və sanksiyaların ləğvindən sonra ölkə qısa müddətdə ixracı bu günkü 1,5-2 milyon barelə qarşı gündəlik 4 milyon barelə çatdıra biləcək. Gündəlik, təxminən 4 milyon barel İran neftinin dünya bazarına çıxarılması, Vaşinqtonun gözlədiyi kimi, "qara qızıl"ın qiymətini xeyli endirəcək, nəticədə ABŞ-da yanacağın qiymətini aşağı salacaq və inflyasiyanın sürəti azalacaq. ABŞ-ın İranla yaxınlaşması - Fars körfəzini itirmək qorxusu Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının yumşaldılması İran Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər uğurlu proses fonunda baş verir. Belə ki, Ər-Riyad və Tehran diplomatik nümayəndəliklərinin işini bərpa edib və ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər. Üstəlik, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflərin Fars körfəzi regionunda öz təhlükəsizliyini təmin edəcəkləri barədə razılıq əldə olunub. Belə ki, Abdollahiyanın sözlərinə görə, Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüşdə regionun təhlükəsizliyinin xarici qüvvələrin iştirakı olmadan təmin edilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Səudiyyəlilər və amerikalılar arasında uzun illər hərbi-strateji əməkdaşlığı nəzərə alsaq, Ər-Riyad və Tehranın məhz hansı ölkəni regional təhlükəsizlik məsələlərindən kənarda qoymaq niyyətində olduğunu anlamaq çətin deyil. İki ən böyük Yaxın Şərq dövləti arasında belə kifayət qədər uğurlu yaxınlaşma Vaşinqtona təsirsiz qala bilməz. Onsuz da o, krallıqla münasibətlərin soyuması fonunda bütün Fars körfəzi regionunda təsirini itirmək riski ilə üzləşib. Ola bilsin ki, məhz belə bir ssenarinin qarşısını almaq üçün ABŞ İran neftinin tədarükünə qarşı sanksiyaları yumşaltmaqla Tehranla yaxınlaşmaq siyasətini irəli sürüb. BRİKS ölkələri arasında əməkdaşlıq da ABŞ-ı qorxudur Qeyd edək ki, Venesuela və İrana qarşı sanksiyaların yumşaldılması bu ölkələrin BRİKS-in birləşməsinə marağının artması fonunda müşahidə olunur. Belə ki, gələn il İslam Respublikasının BRİKS-ə tamhüquqlu üzv olacağı gözlənilir, Venesuela isə bu təşkilatda iştirak üçün müraciət edib. Analitiklər hesab edirlər ki, iki iri neft istehsalçısının vahid təşkilat çərçivəsində birləşməsi neft tədarükçülərinin mövqelərinin güclənməsinə gətirib çıxara bilər ki, bu da bazarı xammal tədarükçülərinin tələblərinə daha uğurla uyğunlaşdırmağa imkan verəcək. Bundan əlavə, İranla yaxınlaşma cəhdi Vaşinqtonun Səudiyyə Ərəbistanı və İranın eyni regional iqtisadi bloklarda iştirakından qorxması ilə diktə olunur. Belə ki, mart ayında Ər-Riyad İranın da üzvü olduğu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq haqqında sazişi təsdiqləyib. Daha sonra Yohannesburqda keçirilən son sammitdə hər iki ölkə BRİKS-ə qəbul olundu ki, bu da assosiasiya daxilində neft hasil edən ölkələrin sayını artırmaqla yanaşı, tərəflərin daha çox əməkdaşlıq edəcəyi və ikitərəfli münasibətlərin inkişafında böyük irəliləyişlərə nail ola biləcəyi beynəlxalq meydançaların sayını da genişləndirdi. Ümumiyyətlə, İran və Venesuelaya qarşı sanksiyaların yumşaldılması təkcə Amerikanın dünya bazarında neftin qiymətinin aşağı düşəcəyinə ümidi ilə deyil, həm də Ər-Riyad və Tehrana zərbə vurmaq cəhdi ilə diktə olunur. Nəticədə ABŞ özünün "parçala və hökm sür" siyasətini həyata keçirə bilər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/1f/453256615_172:0:2901:2047_1920x0_80_0_0_1da8c54de2c75a1795f4048a31ad1478.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
iran, abş, briks , seçkilər, səudiyyə ərəbistanı, neft
iran, abş, briks , seçkilər, səudiyyə ərəbistanı, neft
Seçkilər - ABŞ Venesuela və İrana qarşı sanksiyalardan niyə geri çəkilir?
Son zamanlar Qərb mediası ABŞ-ın Venesuela və İrandan neft tədarükünə tətbiq etdiyi sanksiyaların yumşaldılması ilə bağlı xəbərlərlə doludur. ABŞ-ı xarici siyasət prinsiplərini dəyişməyə nə vadar etdi – bu barədə "Sputnik Azərbaycan"ın materialında.
BAKI, 31 avqust — Sputnik. ABŞ neft və neft məhsullarının daxili qiymətlərini aşağı salmaq, inflyasiya ilə mübarizə aparmaq və tükənmiş "qara qızıl" ehtiyatlarını artırmaq üçün son vaxtlar xarici siyasətində ciddi korrektələr edir.
Bu problemləri indi həll etmək lazımdır, çünki əks halda 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri Demokratlar Partiyasını uzun müddət dövlət başçısı postundan uzaqlaşdıra bilər. Məhz buna görə də Vaşinqton xarici siyasət prinsipləri məsələsində geri çəkilməli, xüsusən də ən böyük karbohidrogen istehsalçılarına - Venesuela və İrana qarşı sanksiyaları yumşaltmağa məcburdur.
Venesuelanın demokratik nefti
ABŞ neft emalı zavodları Rusiyanın "qara qızıl" növünü əvəz edə biləcək ağır neftin kəskin çatışmazlığı ilə üzləşir və Venesueladan lazımi həcmləri almağa ümid edirlər. Paradoks ondadır ki, bir vaxtlar əvvəlki Prezident Donald Trampın Karakasa qarşı sanksiyalarından sonra Venesuelanı əvəz edən məhz Rusiya nefti idxal edilirdi.
Lakin keçən il Rusiyanın neft tədarüklərinə qarşı sanksiyalara görə, Moskva ABŞ-a ixracı kəskin şəkildə azaldıb və bu, ABŞ-ın neft emalı zavodlarının bir hissəsinin hasilatı azaltmasına və ya fəaliyyətini dayandırmasına səbəb olub. Nəticədə, ABŞ-da benzin qiymətləri keçən il, demək olar ki, hər gün bütün zamanların ən yüksək həddinə çataraq, milli orta hesabla Amerika Avtomobil Assosiasiyası tərəfindən indiyə qədər qeydə alınan ən yüksək qiymətə - bir qallon üçün (3,8 litr) 4,31-5 dollara çatdı. Bu gün ABŞ-da bir qallon benzin hələ də, təxminən 5 dollaradır, Kaliforniya kimi bahalı ştatlarda isə orta qiymət 6 dollara çata bilər.
Neft qıtlığı problemi və benzinin qiymətinin qalxması ilə üzləşən Vaşinqton prinsiplərdən əl çəkmək və Karakasa onunla neft alverinə icazə vermək qərarına gəlib. Belə ki, KİV-in məlumatına görə, ABŞ federal hökuməti ölkədə azad və ədalətli prezident seçkiləri təşkil ediləcəyi təqdirdə Venesuelaya qarşı sanksiyaların yumşaldılması layihəsi üzərində işləyir.
Venesuela hakimiyyətinin buna nə cavab verəcəyi hələ məlum deyil, lakin Vaşinqton vaxt itirməyi sevmir - ilin əvvəlindən etibarən ABŞ sanksiyaları tədricən yumşaltmağa başladı, nəticədə Amerikanın neft və qaz nəhəngi olan "Chevron"a Venesuelada fəaliyyət göstərmək üçün lisenziya verilib.
Özləri öldürdülər - özləri diriltdilər
Belə hesab edilir ki, ABŞ-ın "Chevron"u Qərb şirkətlərinin Venesueladakı karbohidrogen layihələrinə qayıtmasının ilk əlamətidir. Nəticədə, analitiklərin gözlədiyi kimi, investisiyalardan və neft hasilatının genişləndirilməsindən sonra ölkədə gündəlik xammal hasilatı növbəti iki il ərzində 200 min barel - 1 milyon barrelə qədər artırıla bilər.
Qeyd edək ki, Venesuelanın əsas gəlir mənbəyi - neft ixracı ABŞ-ın sanksiyaları nəticəsində azalmağa başlayıb. Xatırladaq ki, Vaşinqtonun Karakasa qarşı sanksiya təzyiqi hələ 2015-ci ildə başlayıb, lakin 2019-cu ildə Prezident Trampın Venesuela neftinin ixracına qadağa qoyması və ölkənin neft-qaz şirkəti olan "PDVSA"-ya qarşı sanksiyaları təsdiqləməsi ilə pik həddə çatıb.
Nəticədə Venesueladan neft hasilatı və ixracı ötən il son 50 ilin ən aşağı səviyyəsinə düşüb. Belə ki, sanksiyalardan əvvəl Venesuela gündəlik 3,2 milyon barel hasil edirdisə, keçən il bu rəqəm, təxminən 700 min barel olub. Venesuela hakimiyyətinin hesablamalarına görə, 2015-ci ildən cari ilədək sanksiyalar məhdudiyyətləri səbəbindən ölkənin itkiləri 232 milyard dollara çatıb.
Analitiklər qeyd edirlər ki, "Chevron" Venesuelanın neft və qaz bazarına qayıtdıqdan sonra Karakasın neft gəlirlərinin bir hissəsi ölkənin Amerika şirkətinə olan milyardlarla borcunu ödəməyə gedəcək. Beləliklə, Vaşinqton qısa müddətdə öz neft iştahını Karakasın maraqlarını nəzərə almadan Venesuela hesabına təmin etməyə ümid edir.
ABŞ neft böhranına ümid edir
İran ABŞ sanksiyalarının yumşaldılması üçün növbəti namizəddir - Bloomberg-in məlumatına görə, Vaşinqton Tehrana qarşı sanksiyaları yumşaltmağa razılaşıb ki, bu da ölkənin öz nefti ilə Asiya bazarlarına çıxmasına imkan verəcək. Nəşr iddia edir ki, ABŞ-ın bu qərarı qiymətləri aşağı salmaq məqsədlərindən əlavə, həm də Rusiya Federasiyası və İranı neft bazarında xammal satışı üçün sıxışdırmaq cəhdi ilə bağlıdır.
Bloomberg, həmçinin bildirir ki, İran və ABŞ Cənubi Koreya bankında İranın aktivlərini azad etmək barədə razılığa gəliblər, həmçinin əsirlərin mübadiləsində irəliləyiş əldə ediblər.
Xatırladaq ki, ABŞ-ın İranın neft-qaz sektoruna qarşı sanksiyaları ABŞ-ın 2018-ci ildə nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra sərtləşdirilib. Analitiklər hesab edirlər ki, İranın neft-qaz sənayesi kifayət qədər yaxşı səviyyədədir və sanksiyaların ləğvindən sonra ölkə qısa müddətdə ixracı bu günkü 1,5-2 milyon barelə qarşı gündəlik 4 milyon barelə çatdıra biləcək.
Gündəlik, təxminən 4 milyon barel İran neftinin dünya bazarına çıxarılması, Vaşinqtonun gözlədiyi kimi, "qara qızıl"ın qiymətini xeyli endirəcək, nəticədə ABŞ-da yanacağın qiymətini aşağı salacaq və inflyasiyanın sürəti azalacaq.
ABŞ-ın İranla yaxınlaşması - Fars körfəzini itirmək qorxusu
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının yumşaldılması İran Respublikası ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində kifayət qədər uğurlu proses fonunda baş verir. Belə ki, Ər-Riyad və Tehran diplomatik nümayəndəliklərinin işini bərpa edib və ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər. Üstəlik, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Səudiyyə Ərəbistanına səfəri zamanı tərəflərin Fars körfəzi regionunda öz təhlükəsizliyini təmin edəcəkləri barədə razılıq əldə olunub.
Belə ki, Abdollahiyanın sözlərinə görə, Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə görüşdə regionun təhlükəsizliyinin xarici qüvvələrin iştirakı olmadan təmin edilməsi ilə bağlı ümumi anlaşma əldə olunub. Səudiyyəlilər və amerikalılar arasında uzun illər hərbi-strateji əməkdaşlığı nəzərə alsaq, Ər-Riyad və Tehranın məhz hansı ölkəni regional təhlükəsizlik məsələlərindən kənarda qoymaq niyyətində olduğunu anlamaq çətin deyil.
İki ən böyük Yaxın Şərq dövləti arasında belə kifayət qədər uğurlu yaxınlaşma Vaşinqtona təsirsiz qala bilməz. Onsuz da o, krallıqla münasibətlərin soyuması fonunda bütün Fars körfəzi regionunda təsirini itirmək riski ilə üzləşib. Ola bilsin ki, məhz belə bir ssenarinin qarşısını almaq üçün ABŞ İran neftinin tədarükünə qarşı sanksiyaları yumşaltmaqla Tehranla yaxınlaşmaq siyasətini irəli sürüb.
BRİKS ölkələri arasında əməkdaşlıq da ABŞ-ı qorxudur
Qeyd edək ki, Venesuela və İrana qarşı sanksiyaların yumşaldılması bu ölkələrin BRİKS-in birləşməsinə marağının artması fonunda müşahidə olunur. Belə ki, gələn il İslam Respublikasının BRİKS-ə tamhüquqlu üzv olacağı gözlənilir, Venesuela isə bu təşkilatda iştirak üçün müraciət edib.
Analitiklər hesab edirlər ki, iki iri neft istehsalçısının vahid təşkilat çərçivəsində birləşməsi neft tədarükçülərinin mövqelərinin güclənməsinə gətirib çıxara bilər ki, bu da bazarı xammal tədarükçülərinin tələblərinə daha uğurla uyğunlaşdırmağa imkan verəcək.
Bundan əlavə, İranla yaxınlaşma cəhdi Vaşinqtonun Səudiyyə Ərəbistanı və İranın eyni regional iqtisadi bloklarda iştirakından qorxması ilə diktə olunur. Belə ki, mart ayında Ər-Riyad İranın da üzvü olduğu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq haqqında sazişi təsdiqləyib.
Daha sonra Yohannesburqda keçirilən son sammitdə hər iki ölkə BRİKS-ə qəbul olundu ki, bu da assosiasiya daxilində neft hasil edən ölkələrin sayını artırmaqla yanaşı, tərəflərin daha çox əməkdaşlıq edəcəyi və ikitərəfli münasibətlərin inkişafında böyük irəliləyişlərə nail ola biləcəyi beynəlxalq meydançaların sayını da genişləndirdi.
Ümumiyyətlə, İran və Venesuelaya qarşı sanksiyaların yumşaldılması təkcə Amerikanın dünya bazarında neftin qiymətinin aşağı düşəcəyinə ümidi ilə deyil, həm də Ər-Riyad və Tehrana zərbə vurmaq cəhdi ilə diktə olunur. Nəticədə ABŞ özünün "parçala və hökm sür" siyasətini həyata keçirə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.