DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya BMT-nin taxıl sazişinə dair göstərdiyi bütün səyləri yüksək qiymətləndirir - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Lavrov deyib ki, Rusiya yalnız Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar yerinə yetirildikdən sonra taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdı
BAKI, 31 avqust — Sputnik. "Rusiya BMT-nin baş katibi Antoniu Quterreşin "Taxıl sazişi" məsələsində göstərdiyi bütün səyləri yüksək qiymətləndirir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada keçirilən görüşündə belə deyib.
"Dünən biz baş katiblə danışdıq və sazişin bərpası ilə bağlı yeni təşəbbüslərdən bəhs etdik, lakin onlar Moskva üçün heç bir zəmanət vermir" - Lavrov deyib.
O qeyd edib ki, Rusiya yalnız Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar yerinə yetirildikdən sonra taxıl müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə qayıtmağa hazırdır:
“Rusiya Prezidenti dəfələrlə bildirib ki, Rusiya-BMT memorandumunda yer alan bütün təminatlar Quterreş paketinin bir hissəsi olaraq həyata keçiriləcəyinə görə, biz dərhal bu paketin Ukrayna hissəsində yazılanların həyata keçirilməsinə qayıdırıq”.
28.08.23, 21:43
Rusiyanın taxıl sazişinə qayıtması hələ də mümkündür
Rusiyanın İstanbul razılaşmaları çərçivəsində paket sazişinin bir hissəsinin həyata keçiriləcəyinə inamı olmasa, Türkiyənin Qara dəniz taxıl təşəbbüsünü canlandırmaq səyləri uğursuzluğa düçar ola bilər. Bu fikri TASS-a Türkiyədəki diplomatik mənbə bildirib.
"Rusiyanın taxıl sazişinə qayıtması hələ də mümkündür. Türkiyə BMT və Qərblə danışıqlar yolu ilə sövdələşməni bərpa etmək üçün səylər göstərir. Lakin Qərb Rusiya tərəfinin tələblərinə əməl etməlidir, xüsusən də "Rosselxozbank"ın SWIFT sisteminə qaytarılması, o cümlədən pul vəsaitlərinə çıxış, sığorta və nəqliyyat logistikasının bərpası məsələlər bura daxildir. Əgər bu baş verməsə və ya Rusiya onun tələblərinin yerinə yetiriləcəyinə əmin olmasa, o zaman sövdələşməyə qayıtmaya bilər", - diplomatik mənbə bildirib.
Türkiyənin "Milliyet" qəzeti mənbələrə istinadən ötən həftə XİN rəhbəri Hakan Fidanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyini yazıb. Bu səfər Ərdoğan və Putin arasında Soçidə baş tuta biləcək danışıqlardan əvvəl olacaq.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, BMT-nin səylərinə baxmayaraq, Rusiya ilə razılaşmanın şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Putin dəfələrlə qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini öz dövlətlərinə ixrac edib və sövdələşmənin əsas məqsədi - ehtiyacı olan ölkələrə, o cümlədən Afrika ölkələrinə taxıl tədarükü heç vaxt həyata keçirilməyib.
Xəbər lenti
0