Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Aİİ-nin vahid xidmətlər bazarı üçün bu qanunda dəyişikliyə hazırlaşır

© Sputnik / Павел БедняковAİİ bloknotu
Aİİ bloknotu - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Qanun layihəsi Rusiya Federasiyasının Aİİ daxilində vahid xidmətlər bazarının yaradılması və fəaliyyəti üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində hazırlanıb.
BAKI, 31 avqust — Sputnik. Rusiya İqtisadi İnkişaf Nazirliyi Aİİ çərçivəsində vahid xidmətlər bazarının yaradılması və fəaliyyət göstərməsi məqsədilə "Qiymətləndirmə fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsi hazırlayıb.
Nazirlikdən bildirilib ki, 2025-ci il yanvarın 1-dən mülkiyyətin qiymətləndirilməsi xidmətləri üzrə vahid bazarın fəaliyyətə başlayacağı güman edilir. Bu, Aİİ ölkələrinin ərazisində obyektlərin investisiya cəlbediciliyini artırmağa kömək edəcək.
Qanun layihəsi Rusiya Federasiyasının Aİİ daxilində vahid xidmətlər bazarının yaradılması və fəaliyyəti üzrə beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində hazırlanıb. İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, bu cür xidmətlərin siyahısına mülkiyyətin qiymətləndirilməsi xidmətləri də daxildir. Qanun layihəsi hazırda ictimai müzakirədədir.
"Mülkiyyətin qiymətləndirilməsi xidmətləri üçün vahid bazarın fəaliyyətə başlaması 2025-ci il yanvarın 1-dən Aİİ-nin üzvü olan dövlətlərin qanunvericiliyində qiymətləndirmənin həyata keçirilməsi şərtlərinə ümumi yanaşmalara uyğun dəyişikliklərin edilməsindən sonra baş tutuacağı gözlənilir", - İqtisadi İnkişaf Nazirliyi qeyd edib.
Güman edilir ki, qiymətləndirmə bazarda sərbəst işlərin dəyərini daha yaxşı müəyyənləşdirməyə və bununla da onların cəlbediciliyini artırmağa imkan verəcək.
qaz  - Sputnik Azərbaycan, 1920, 31.08.2023
İQTİSADİYYAT
Aİİ ölkələri ümumi qaz bazarına dair beynəlxalq saziş layihəsində razılığa gəliblər
Xəbər lenti
0