https://sputnik.az/20230831/a-olkeleri-umumi-qaz-bazarina-dair-beynelxalq-sazis-layihesinde-raziliga-gelibler-458196372.html
Aİİ ölkələri ümumi qaz bazarına dair beynəlxalq saziş layihəsində razılığa gəliblər
Aİİ ölkələri ümumi qaz bazarına dair beynəlxalq saziş layihəsində razılığa gəliblər
Sputnik Azərbaycan
Altı ay ərzində Aİİ ÜDM-in artım tempi, ilkin hesablamalara görə, ötən ilin birinci yarısı ilə müqayisədə 101,8% təşkil edib. 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T15:48+0400
2023-08-31T15:48+0400
2023-08-31T16:24+0400
qaz
iqtisadiyyat
avrasiya
avrasiya iqtisadi ittifaqı
aii
üdm
ümumi daxili məhsul (üdm)
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473766_0:160:3072:1888_1920x0_80_0_0_c02bec238dcdc9dd7b8be1171f27ae0c.jpg
BAKI, 31 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri ümumi qaz bazarının formalaşdırılmasına dair beynəlxalq saziş layihəsinin, o cümlədən qaz nəqli sistemlərinə çıxışın vahid qaydalarının razılaşdırılması üzərində işləyirlər. "Belarus bu gün" xəbər verir ki, bunu Aİİ Şurasının sonuncu iclasının yekunları üzrə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina bildirib. "2022-ci ildə elektrik enerjisi sənayesində tərəflər arasında 60-dan çox fikir ayrılığı aradan qaldırılıb, ümumi bazarın fəaliyyət göstərməsi üçün üç qaydanın layihələri razılaşdırılıb, həmçinin müddətli müqavilələr üzrə mərkəzləşdirilmiş və "bir gün əvvəl" ticarət operatorları məsələsi də öz həllini tapıb", - deyə o, sözünə davam edib. Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi onu da bildirib ki, neft sahəsində ümumi bazarın formalaşdırılması haqqında beynəlxalq müqavilə layihəsinin və neft və neft məhsullarının daşınması sistemlərinə girişin vahid qaydalarının layihəsinin razılaşdırılması davam etdirilib. "Görüşdə qeyd olunub ki, ümumilikdə dövlətlər enerji sektorunda öz öhdəliklərini yerinə yetirirlər", - deyə Malkina vurğulayıb. Aİİ ölkələrinin iqtisadiyyatları artım trayektoriyasına daxil olub Malkinanın sözlərinə görə, keçmişdə və bu ilin birinci yarısında Aİİ-nin iqtisadi inkişafının ləngiməsi dövründən sonra İttifaqın bütün ölkələrinin iqtisadiyyatları artım trayektoriyasına daxil olub. O qeyd edib ki, altı ay ərzində Aİİ ÜDM-in artım tempi ilkin hesablamalara görə, ötən ilin birinci yarısı ilə müqayisədə 101,8% təşkil edib. Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi bildirib ki, Qazaxıstan və Qırğızıstanda iqtisadi fəallığın və artımın sabit dinamikası qorunub saxlanılır. "Belarusda 2023-cü ilin yanvar-may aylarında ÜDM dinamikası müsbət dəyərlərə çatıb (+0,9%), yanvar-iyun aylarında isə artım bir az da artaraq 2% təşkil edib. Rusiya iqtisadiyyatı da artım zonasına qayıdıb. İlkin məlumatlara görə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında ÜDM-in artımı 1,4% təşkil edib", - deyə o, fikrini izah edib. Avrasiya İqtisadi İttifaqının neft təhlükəsizliyi ilə bağlı texniki reqlamentinə dəyişiklik edilib Malkina, həmçinin Aİİ-nin neftin təhlükəsizliyi ilə bağlı texniki reqlamentinə dəyişikliklər edildiyini də açıqlayıb. "Texniki reqlament neft pasportunun vahid forması və onun doldurulması qaydaları ilə tamamlanır. Bu qərar qüvvəyə minənədək verilmiş pasportlar bu il noyabrın 1-dək qüvvədə olacaq. Dəyişikliklərdə o da nəzərdə tutulub ki, neft sınaqlarının keçirilmə müddəti texniki tənzimləmə metodları üçün standartlar siyahısına daxil edilmiş standartlarda müəyyən edilisin", - deyə o sözünə davam edib. Onun sözlərinə görə, qəbul edilmiş dəyişikliklər İttifaq ərazisində neft hasilatına və onun dövriyyəsinə, o cümlədən sənədləşmə işlərinə vahid yanaşmaların formalaşdırılmasını təmin edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/04/454473766_171:0:2902:2048_1920x0_80_0_0_6c05f2a2343d815f4dd24e99cc178b98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
qaz, avrasiya, avrasiya iqtisadi ittifaqı, aii, üdm, ümumi daxili məhsul (üdm)
qaz, avrasiya, avrasiya iqtisadi ittifaqı, aii, üdm, ümumi daxili məhsul (üdm)
Aİİ ölkələri ümumi qaz bazarına dair beynəlxalq saziş layihəsində razılığa gəliblər
15:48 31.08.2023 (Yenilənib: 16:24 31.08.2023) Altı ay ərzində Aİİ ÜDM-in artım tempi, ilkin hesablamalara görə, ötən ilin birinci yarısı ilə müqayisədə 101,8% təşkil edib.
BAKI, 31 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı ölkələri ümumi qaz bazarının formalaşdırılmasına dair beynəlxalq saziş layihəsinin, o cümlədən qaz nəqli sistemlərinə çıxışın vahid qaydalarının razılaşdırılması üzərində işləyirlər.
"Belarus bu gün" xəbər verir ki, bunu Aİİ Şurasının sonuncu iclasının yekunları üzrə Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina bildirib.
"2022-ci ildə elektrik enerjisi sənayesində tərəflər arasında 60-dan çox fikir ayrılığı aradan qaldırılıb, ümumi bazarın fəaliyyət göstərməsi üçün üç qaydanın layihələri razılaşdırılıb, həmçinin müddətli müqavilələr üzrə mərkəzləşdirilmiş və "bir gün əvvəl" ticarət operatorları məsələsi də öz həllini tapıb", - deyə o, sözünə davam edib.
Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi onu da bildirib ki, neft sahəsində ümumi bazarın formalaşdırılması haqqında beynəlxalq müqavilə layihəsinin və neft və neft məhsullarının daşınması sistemlərinə girişin vahid qaydalarının layihəsinin razılaşdırılması davam etdirilib.
"Görüşdə qeyd olunub ki, ümumilikdə dövlətlər enerji sektorunda öz öhdəliklərini yerinə yetirirlər", - deyə Malkina vurğulayıb.
Aİİ ölkələrinin iqtisadiyyatları artım trayektoriyasına daxil olub
Malkinanın sözlərinə görə, keçmişdə və bu ilin birinci yarısında Aİİ-nin iqtisadi inkişafının ləngiməsi dövründən sonra İttifaqın bütün ölkələrinin iqtisadiyyatları artım trayektoriyasına daxil olub.
O qeyd edib ki, altı ay ərzində Aİİ ÜDM-in artım tempi ilkin hesablamalara görə, ötən ilin birinci yarısı ilə müqayisədə 101,8% təşkil edib.
Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi bildirib ki, Qazaxıstan və Qırğızıstanda iqtisadi fəallığın və artımın sabit dinamikası qorunub saxlanılır.
"Belarusda 2023-cü ilin yanvar-may aylarında ÜDM dinamikası müsbət dəyərlərə çatıb (+0,9%), yanvar-iyun aylarında isə artım bir az da artaraq 2% təşkil edib. Rusiya iqtisadiyyatı da artım zonasına qayıdıb. İlkin məlumatlara görə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin hesablamalarına əsasən, 2023-cü ilin yanvar-iyun aylarında ÜDM-in artımı 1,4% təşkil edib", - deyə o, fikrini izah edib.
Avrasiya İqtisadi İttifaqının neft təhlükəsizliyi ilə bağlı texniki reqlamentinə dəyişiklik edilib
Malkina, həmçinin Aİİ-nin neftin təhlükəsizliyi ilə bağlı texniki reqlamentinə dəyişikliklər edildiyini də açıqlayıb.
"Texniki reqlament neft pasportunun vahid forması və onun doldurulması qaydaları ilə tamamlanır. Bu qərar qüvvəyə minənədək verilmiş pasportlar bu il noyabrın 1-dək qüvvədə olacaq. Dəyişikliklərdə o da nəzərdə tutulub ki, neft sınaqlarının keçirilmə müddəti texniki tənzimləmə metodları üçün standartlar siyahısına daxil edilmiş standartlarda müəyyən edilisin", - deyə o sözünə davam edib.
Onun sözlərinə görə, qəbul edilmiş dəyişikliklər İttifaq ərazisində neft hasilatına və onun dövriyyəsinə, o cümlədən sənədləşmə işlərinə vahid yanaşmaların formalaşdırılmasını təmin edir.