DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İrəvanın sabiq meri hansı cinayəti işlədib?

© AP Photo / Jean-Francois BadiasMəhkəmə çəkici, arxiv şəkli
Məhkəmə çəkici, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Baş Prokurorluq qeyd edir ki, İrəvanın keçmiş meri şəxsi məqsədlərlə hərəkət edərək, bir sıra qanunları pozaraq, şəhərə xüsusilə külli miqdarda ziyan vurub.
BAKI, 31 avqust — Sputnik. Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri, Ermənistanın keçmiş energetika naziri Yervand Zaxaryana qarşı dövlət əmlakının qanunsuz satışı işi çərçivəsində ictimai cinayət təqibi başlayıb. Bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib.
İşin materiallarına görə, eks-mer (2003-cü il iyulun 1-dən 2009-cu il martın 4-dək bələdiyyə sədri vəzifəsində çalışıb – red.) heç bir qanuni əsas olmadan torpaq sahəsini və məşhur “Gənclər Sarayı”nı (ümumi sahəsi 31 min 780 kv.m) kadastr dəyərindən 12 dəfə aşağı qiymətə “Avangard Motors”a verib. Binanın və torpaq sahəsinin kadastr dəyəri sövdələşmə zamanı 805 milyon 623 min dram olub. Bundan əlavə, bina və ərazi dövlət qeydiyyatı qüvvəyə mindikdən - 27 yanvar 2004-cü il tarixindən sonra alıcıya verilə bilərdi. Lakin keçmiş merin qərarı ilə bina və ona bitişik ərazi vaxtından əvvəl - 2004-cü il yanvarın 16-da "Avangard Motors"un xeyrinə özgəninkiləşdirilib.
Yanvarın 17-də İrəvan Bələdiyyəsinin şöbələrindən birinin müdiri K.D. və Avangard Motors-un direktoru L.A. arasında 31 780 min kv.m torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair müqavilə imzalanıb.
Baş Prokurorluq qeyd edir ki, İrəvanın keçmiş meri şəxsi məqsədlərlə hərəkət edərək, bir sıra qanunları pozaraq, şəhərə xüsusilə külli miqdarda ziyan vurub.
***
Ermənistan Baş Prokurorluğu İrəvanın sabiq meri Yervand Zaxaryana qarşı cinayət araşdırması başlayıb.
Bu barədə Ermənistanın Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, sabiq mer vəzifə səlahiyyətlərindən istifadə edərək İrəvandakı "Gənclər Sarayı"nın ərazisini qanunsuz olaraq özəlləşdirib.
Qeyd olunub ki, haqqında sözügedən ərazinin özəlləşdirilməsi üçün bağlanan müqavilənin ümumi dəyəri 506 milyon dram müəyyən edilib.
Hazırda sabiq merin dövlət vəsaitini mənimsəməsi üzrə bütün faktlar araşdırılır (APA).
Xəbər lenti
0