https://sputnik.az/20230831/hakan-fidan-lavrovla-azerbaycan-ermenistan-meselesini-muzakire-edecek-458208702.html
Türkiyə Cənubi Qafqazda vəziyyətin normallaşmasında mühüm rol oynayır - Lavrov
Türkiyə Cənubi Qafqazda vəziyyətin normallaşmasında mühüm rol oynayır - Lavrov
Sputnik Azərbaycan
Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat... 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T18:56+0400
2023-08-31T18:56+0400
2023-08-31T18:56+0400
hakan fidan
siyasət
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ərdoğan
ərdoğan
putin
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_0:0:2933:1651_1920x0_80_0_0_d1a3c4b19c64c3a6b954e2d9737fb2f8.jpg
BAKI, 31 avqust — Sputnik. "Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.“Zaqafqaziyadakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.***Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada aparılan danışıqların iki ölkə liderləri Vladimir Putin və Tayyib Ərdoğanın görüşünə hazırlıq olacağını bildirib. "Müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz taxıl sazişinin bərpası və Ukraynada ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə edəcəyik. Bundan əlavə, Suriyadakı vəziyyət və Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostum Sergey Lavrova təşəkkür edirəm", - o, danışıqlar başlamazdan əvvəl giriş nitqində deyib. Fidan xatırladıb ki, bu, onun Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri kimi Moskvaya ilk səfəridir. 2023-cü ilin iyununda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Ərdoğanın formalaşdırdığı yeni hökumətdə o, bu vəzifəni tutub. Bundan əvvəl Fidan 2010-cu ildən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində çalışıb.
https://sputnik.az/20230925/hakan-fidan-moksvada-lavrovla-gorusecek-458102189.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458208533_194:0:2733:1904_1920x0_80_0_0_037ea42167597e15bf24152df4d83622.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hakan fidan, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ərdoğan, ərdoğan, putin, rusiya prezidenti vladimir putin
hakan fidan, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ərdoğan, ərdoğan, putin, rusiya prezidenti vladimir putin
Türkiyə Cənubi Qafqazda vəziyyətin normallaşmasında mühüm rol oynayır - Lavrov
Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıdır.
BAKI, 31 avqust — Sputnik. "Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.
“Zaqafqaziyadakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada aparılan danışıqların iki ölkə liderləri Vladimir Putin və Tayyib Ərdoğanın görüşünə hazırlıq olacağını bildirib.
"Müzakirə edəcəyimiz məsələlər iki liderin qarşıdan gələn görüşünə hazırlıq olacaq. Biz taxıl sazişinin bərpası və Ukraynada ədalətli sülhün bərqərar edilməsi məsələlərini müzakirə edəcəyik. Bundan əlavə, Suriyadakı vəziyyət və Cənubi Qafqaz məsələsi gündəmdə olacaq. Qonaqpərvərliyə və səmimi qəbula görə əziz dostum Sergey Lavrova təşəkkür edirəm", - o, danışıqlar başlamazdan əvvəl giriş nitqində deyib.
Fidan xatırladıb ki, bu, onun Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri kimi Moskvaya ilk səfəridir. 2023-cü ilin iyununda keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Ərdoğanın formalaşdırdığı yeni hökumətdə o, bu vəzifəni tutub. Bundan əvvəl Fidan 2010-cu ildən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsində çalışıb.