SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın addımları sülh prosesinin ləngiməsinə səbəb olur - Türkiyə səfiri

© Photo : Twitter / Cahit BağcıAzərbaycana təyin olunan səfir Cahit Bağçı
Azərbaycana təyin olunan səfir Cahit Bağçı - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Türkiyəli diplomat bildirib ki, üç ildir davam edən sülh prosesi ərzində humanitar böhran yaratmaq cəhdləri sülhə töhfə verməyəcək.
BAKI, 31 avqust — Sputnik. Məsələni Azərbaycanın ərazi bütövlüyü və suverenliyindən ayrı qiymətləndirərək ərazidə humanitar böhran varmış kimi göstərmək doğru deyil. Bu addımlar sülh prosesinin ləngiməsinə səbəb olur.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərlə birgə Ağdam-Xankəndi yoluna səfər zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarında baş verən hadisələrin ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində nəzərə alınması vacibdir: "Qarabağ zəfərindən sonra istifadə edilən tək bir ifadə var: Qarabağ Azərbaycandır! Türkiyənin mövqeyi də budur. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımaq vacibdir. Ortada üç ildir davam edən sülh prosesi var. Bununla bağlı Vaşinqtonda, Brüsseldə, Moskvada görüşlər keçirilib. Türkiyə məhz sülh prosesini dəstəkləyir və elə Ermənistanla da münasibətlərin normallaşmasına çalışır. Biz bu normallaşma istiqamətində addımları sülhə töhfə vermək üçün atırıq".
Türkiyəli diplomat bildirib ki, üç ildir davam edən sülh prosesi ərzində humanitar böhran yaratmaq cəhdləri sülhə töhfə verməyəcək, əksinə, prosesi ləngidəcək: "Məsələ əgər qida təminatıdırsa, Azərbaycanın bu istiqamətdə təqdim etdiyi həll yolu var. Ağdam-Xankəndi yolundan istifadə edilə bilər. Azərbaycan bütün ehtiyacları qarşılayır. Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ermənilərə un gətirib, bu un qəbul edilməlidir, ancaq hələ danışıqlar davam edir. Azərbaycanın bu istiqamətdəki cəhdlərinin görməzdən gəlinməsini qəbul etmirik".
Azərbaycana təyin olunan səfir Cahit Bağçı - Sputnik Azərbaycan, 1920, 31.08.2023
CƏMİYYƏT
Türkiyə səfiri Ağdam-Xankəndi yolundan video paylaşıb
Xəbər lenti
0