https://sputnik.az/20230831/azerbaycanin-mudafie-naziri-turkiyede-isguzar-seferdedir-458188428.html
Azərbaycanın müdafiə naziri Ankarada türk həmkarı ilə görüşüb - VİDEO
Azərbaycanın müdafiə naziri Ankarada türk həmkarı ilə görüşüb - VİDEO
Sputnik Azərbaycan
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha... 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T17:01+0400
2023-08-31T17:01+0400
2023-08-31T17:14+0400
zakir həsənov
hərbi
türkiyənin zəfər bayramı
zəfər bayramı
ankara
izmir
ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458202955_0:52:1000:615_1920x0_80_0_0_f1925e18ca0cb830b96615fc2ed341f7.jpg
BAKI, 31 avqust — Sputnik. Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.Əvvəlcə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.Xatırladaq ki, 27-28 avqustun tarixlərində Türkiyənin müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdə olublar. Onlar Bakıda azərbaycanlı həmkarları ilə yanaşı Prezident İlham Əliyevlə də görüşüblər. ***Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib. Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub. Qeyd edək ki, Türkiyədə Zəfər Bayramının 101-ci ildönümü qeyd olunub. Bayramla əlaqədar olaraq İstanbul, Kahramanmaraş, Malatya, Kayseri, Sivas, Qaziantep, Şanlıurfa, Antalya, Muğla, İzmir, Dənizli, Mersin, Hatay və bir sıra başqa şəhərlər bayraqlarla bəzədilib, təmtəraqlı tədbirlər keçirilir. Xatırladaq ki, 1922-ci ilin avqustun 26-da başlayan "Baş komandanlıq meydan müharibəsi" 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Bu qələbə ilə türk ordusu işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub. Bu tarixi hadisə yenicə dağılmış qocaman bir imperiyanın qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti, ilk addımı və ilk böyük qələbəsi idi. Daha sonra Türkiyənin varlığını bütün dünyaya qəbul etdirən möhtəşəm Çanaqqala Zəfəri dünya hərb tarixinin ən parlaq səhifələrindən biri kimi tanınıb. 1923-cü ildən başlayaraq 30 avqust tarixi Türkiyə torpaqlarının geri alındığı gün kimi qeyd olunmağa başlayıb. İlk illərdə Ankara, İzmir və Afyonqarahisar şəhərlərində qeyd edilən bu tarix 1936-cı ilin may ayında Türkiyə Cümhuriyyətinin rəsmi dövlət bayramı elan olunub. Bu tarix böyük Atatürkə, onun məsləkdaşlarına və Türkiyənin azadlığı və müdafiəsi üçün canlarını qurban vermiş bütün şəhidlərin ruhuna sonsuz ehtiramın ifadəsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1f/458202955_56:0:945:667_1920x0_80_0_0_715b69b04b65d0c159e10989204a9228.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, türkiyənin zəfər bayramı, zəfər bayramı, ankara, izmir, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
zakir həsənov, türkiyənin zəfər bayramı, zəfər bayramı, ankara, izmir, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Azərbaycanın müdafiə naziri Ankarada türk həmkarı ilə görüşüb - VİDEO
17:01 31.08.2023 (Yenilənib: 17:14 31.08.2023) Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
BAKI, 31 avqust — Sputnik. Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər ilə görüşüb.
Əvvəlcə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə hər iki qardaş və dost ölkələrin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.
Azərbaycan və Türkiyə respublikaları arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, həmçinin bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.
Xatırladaq ki, 27-28 avqustun tarixlərində Türkiyənin müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak Azərbaycanda səfərdə olublar. Onlar Bakıda azərbaycanlı həmkarları ilə yanaşı Prezident İlham Əliyevlə də görüşüblər.
Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.
Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, Türkiyədə Zəfər Bayramının 101-ci ildönümü qeyd olunub. Bayramla əlaqədar olaraq İstanbul, Kahramanmaraş, Malatya, Kayseri, Sivas, Qaziantep, Şanlıurfa, Antalya, Muğla, İzmir, Dənizli, Mersin, Hatay və bir sıra başqa şəhərlər bayraqlarla bəzədilib, təmtəraqlı tədbirlər keçirilir.
Xatırladaq ki, 1922-ci ilin avqustun 26-da başlayan "Baş komandanlıq meydan müharibəsi" 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnib. Bu qələbə ilə türk ordusu işğalçı orduların ölkə hüdudlarından kənara çıxarılmasına nail olub.
Bu tarixi hadisə yenicə dağılmış qocaman bir imperiyanın qalıqları üzərində Türkiyə Cümhuriyyəti yaradılmasının ilk şərti, ilk addımı və ilk böyük qələbəsi idi. Daha sonra Türkiyənin varlığını bütün dünyaya qəbul etdirən möhtəşəm Çanaqqala Zəfəri dünya hərb tarixinin ən parlaq səhifələrindən biri kimi tanınıb.
1923-cü ildən başlayaraq 30 avqust tarixi Türkiyə torpaqlarının geri alındığı gün kimi qeyd olunmağa başlayıb. İlk illərdə Ankara, İzmir və Afyonqarahisar şəhərlərində qeyd edilən bu tarix 1936-cı ilin may ayında Türkiyə Cümhuriyyətinin rəsmi dövlət bayramı elan olunub. Bu tarix böyük Atatürkə, onun məsləkdaşlarına və Türkiyənin azadlığı və müdafiəsi üçün canlarını qurban vermiş bütün şəhidlərin ruhuna sonsuz ehtiramın ifadəsidir.