SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı xarici işlər nazirləri Qarabağdakı vəziyyəti müzakirə edəcək

© AP Photo / Matt DunhamФлаг ЕС, фото из архива
Флаг ЕС, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Berbok onu da qeyd edib ki, artıq bir neçə gündür ki, Qarabağdakı erməni əhalisinin humanitar yardım almasını təmin etmək üçün amerikalı həmkarları ilə fikir mübadiləsi aparırlar.
BAKI, 31 avqust — Sputnik. "Dağlıq Qarabağ"dakı vəziyyət Avropa İttifaqı xarici işlər nazirlərinin İspaniyada baş tutan görüşünün gündəliyinə daxil edilib. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
Onun sözlərinə görə, Laçın dəhlizindən humanitar yardımın keçidi sərbəst olmalıdır.
Onun sözlərinə görə, Aİ ölkələrinin xarici işlər nazirləri bu məsələni müzakirə edəcəklər.
Burbok onu da qeyd edib ki, artıq bir neçə gündür ki, Qarabağdakı erməni əhalisinin humanitar yardım almasını təmin etmək üçün amerikalı həmkarları ilə fikir mübadiləsi aparırlar.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə - Sputnik Azərbaycan, 1920, 31.08.2023
QARABAĞ
Diplomatik korpusun nümayəndələri Ağdam-Xankəndi yolunda ərzaq yüklərinə baxış keçiriblər
Xəbər lenti
0