https://sputnik.az/20230831/antiturk-ittifaqi-ermenistan-ve-yunanistan-herbi-texniki-emekdasligi-genislendirir-458195550.html
Antitürk ittifaqı: Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlığı genişləndirir
Antitürk ittifaqı: Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlığı genişləndirir
Sputnik Azərbaycan
Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır. 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T22:46+0400
2023-08-31T22:46+0400
2023-08-31T22:46+0400
ermənistan
dünya xəbərləri
yunan
yunanıstan
kosovo
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0f/425472409_0:0:3197:1799_1920x0_80_0_0_313869764fb5bc62b33f9e3f73ba8bab.jpg
BAKI, 31 avqust — Sputnik. Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq. Saziş layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib. İki ölkə arasında münasibətlərin və siyasi dialoqun yüksək səviyyədə olması müdafiə sahəsində daha sıx əməkdaşlıq üçün əlverişli şərait yaradır. 2011-ci ildə Ermənistan Müdafiə Nazirliyi ilə Yunanıstanın Milli Müdafiə Nazirliyi arasında imzalanmış sazişə əsasən iki ölkə artıq müdafiə proqramları həyata keçirir. Xüsusilə, Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır. 2004-cü ilin fevralından 34 erməni hərbçidən ibarət kontingent Kosovoda Yunanıstan bölməsinin tərkibində sülhməramlı missiya həyata keçirir. İndi əməkdaşlığın statusu hökumətlərarası səviyyəyə qaldırılacaq. Bundan əlavə, sazişə hərbi-texniki əməkdaşlıq, o cümlədən üçüncü ölkələrdə istehsal olunan texnikanın təmiri ilə bağlı əlavə müddəalar daxil ediləcək.Ermənistan hökuməti Yunanıstanla hərbi sahədə əməkdaşlığa Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinə qarşı atılmış addım kimi yanaşır. Daha əvvəl Ermənistan parlamentində "türklərlə münasibətləri yaxşı olmayan hər kəslə əməkdaşlıq etmək" barədə tezis irəli sürülmüşdü.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/0f/425472409_237:0:2968:2048_1920x0_80_0_0_840e40ff28e8bc7aa127895d98d920aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, yunan, yunanıstan, kosovo
ermənistan, yunan, yunanıstan, kosovo
Antitürk ittifaqı: Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlığı genişləndirir
Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır.
BAKI, 31 avqust — Sputnik. Ermənistan və Yunanıstan hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayacaq. Saziş layihəsi Ermənistan hökumətinin bu gün keçirilən iclasında təsdiqlənib.
İki ölkə arasında münasibətlərin və siyasi dialoqun yüksək səviyyədə olması müdafiə sahəsində daha sıx əməkdaşlıq üçün əlverişli şərait yaradır. 2011-ci ildə Ermənistan Müdafiə Nazirliyi ilə Yunanıstanın Milli Müdafiə Nazirliyi arasında imzalanmış sazişə əsasən iki ölkə artıq müdafiə proqramları həyata keçirir.
Xüsusilə, Yunanıstanın hərbi universitetlərində Ermənistandan olan hərbçilər hazırlanır, müdafiə texnologiyaları və hərbi tibb sahəsində əməkdaşlıq aparılır.
2004-cü ilin fevralından 34 erməni hərbçidən ibarət kontingent Kosovoda Yunanıstan bölməsinin tərkibində sülhməramlı missiya həyata keçirir.
İndi əməkdaşlığın statusu hökumətlərarası səviyyəyə qaldırılacaq. Bundan əlavə, sazişə hərbi-texniki əməkdaşlıq, o cümlədən üçüncü ölkələrdə istehsal olunan texnikanın təmiri ilə bağlı əlavə müddəalar daxil ediləcək.
Ermənistan hökuməti Yunanıstanla hərbi sahədə əməkdaşlığa Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinə qarşı atılmış addım kimi yanaşır. Daha əvvəl Ermənistan parlamentində "türklərlə münasibətləri yaxşı olmayan hər kəslə əməkdaşlıq etmək" barədə tezis irəli sürülmüşdü.