https://sputnik.az/20230831/abs-de-ehtiyatlarin-azalmasi-nefti-daha-da-bahalasdirdi-458190545.html
ABŞ-də ehtiyatların azalması nefti daha da bahalaşdırdı
ABŞ-də ehtiyatların azalması nefti daha da bahalaşdırdı
Sputnik Azərbaycan
Neft qiymətlərinin artımı dünyanın ən böyük neft idxalçısı olan Çindəki qarışıq iqtisadi vəziyyətlə bağlı məhdudlaşıb. 31.08.2023, Sputnik Azərbaycan
2023-08-31T12:46+0400
2023-08-31T12:46+0400
2023-08-31T12:46+0400
abş
neft-qaz
azeri light markalı neft
"azeri light"
brent
"brent" markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289940_0:156:3000:1844_1920x0_80_0_0_b36de02e3f942bf0e072ddf54118f96d.jpg
BAKI, 31 avqust — Sputnik. Neft qiymətləri ABŞ-də ehtiyatların azalması, "OPEC plyus"un hasilatı azaldacağına dair gözləntilər fonunda bahalaşıb. "Brent" markalı neft 37 sent artaraq 85,86 dollar, ABŞ-nin Qərbi Texas nefti 47 sent artaraq 81,63 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,65 dollar artaraq 89,86 dollar təşkil edib. ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-nin neft ehtiyatları son həftədə 10,6 milyon barel azalaraq 422,9 milyon barelə düşüb. Analitiklər 3,3 milyon barel azalma gözləyirdilər. Analitiklər dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanın neft tədarükünü aşağı səviyyədə saxlayaraq, könüllü hasilat azaltmasını oktyabr ayına qədər uzadacağını gözləyirlər. Digər tərəfdən, ekspertlər Səudiyyə Ərəbistanın oktyabr ayında Asiyaya satdığı neftin qiymətlərinin bu il ən yüksək səviyyəyə qaldırılacağını proqnozlaşdırır. Neft qiymətlərinin artımı dünyanın ən böyük neft idxalçısı olan Çindəki qarışıq iqtisadi vəziyyətlə bağlı məhdudlaşıb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457289940_167:0:2834:2000_1920x0_80_0_0_d8d79de2e33e33ee358af2edcd6969e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
abş, azeri light markalı neft, "azeri light", brent, "brent" markalı neft
abş, azeri light markalı neft, "azeri light", brent, "brent" markalı neft
ABŞ-də ehtiyatların azalması nefti daha da bahalaşdırdı
Neft qiymətlərinin artımı dünyanın ən böyük neft idxalçısı olan Çindəki qarışıq iqtisadi vəziyyətlə bağlı məhdudlaşıb.
BAKI, 31 avqust — Sputnik. Neft qiymətləri ABŞ-də ehtiyatların azalması, "OPEC plyus"un hasilatı azaldacağına dair gözləntilər fonunda bahalaşıb.
"Brent" markalı neft 37 sent artaraq 85,86 dollar, ABŞ-nin Qərbi Texas nefti 47 sent artaraq 81,63 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,65 dollar artaraq 89,86 dollar təşkil edib.
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ-nin neft ehtiyatları son həftədə 10,6 milyon barel azalaraq 422,9 milyon barelə düşüb. Analitiklər 3,3 milyon barel azalma gözləyirdilər.
Analitiklər dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanın neft tədarükünü aşağı səviyyədə saxlayaraq, könüllü hasilat azaltmasını oktyabr ayına qədər uzadacağını gözləyirlər. Digər tərəfdən, ekspertlər Səudiyyə Ərəbistanın oktyabr ayında Asiyaya satdığı neftin qiymətlərinin bu il ən yüksək səviyyəyə qaldırılacağını proqnozlaşdırır.
Neft qiymətlərinin artımı dünyanın ən böyük neft idxalçısı olan Çindəki qarışıq iqtisadi vəziyyətlə bağlı məhdudlaşıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.