https://sputnik.az/20230830/yirmiye-yaxin-heyvan-kesimi-ve-et-satisi-menteqesinde-noqsanlar-askarlanib-458171164.html
İyirmiyə yaxın heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
İyirmiyə yaxın heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
Sputnik Azərbaycan
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olanlar barəsində inzibati protokol tərtib edilib. 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T20:21+0400
2023-08-30T20:21+0400
2023-08-30T20:30+0400
ət kəsimi
məntəqə
nöqsan
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424567460_0:120:1280:840_1920x0_80_0_0_7a1efc2f7aa4028c02196c2525b68f2d.jpg
BAKI, 30 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 29-da aparılan monitorinqlər zamanı Bakı şəhəri, Ağcabədi, Qax, Tovuz, İsmayıllı və Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə buradan tanış olmaq olar. Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Xatırladaq ki, 28 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/1e/424567460_0:0:1280:960_1920x0_80_0_0_68dd7370fa8288361c1ced7a9c8c270d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ət kəsimi, məntəqə, nöqsan
ət kəsimi, məntəqə, nöqsan
İyirmiyə yaxın heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb
20:21 30.08.2023 (Yenilənib: 20:30 30.08.2023) Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olanlar barəsində inzibati protokol tərtib edilib.
BAKI, 30 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, avqustun 29-da aparılan monitorinqlər zamanı Bakı şəhəri, Ağcabədi, Qax, Tovuz, İsmayıllı və Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə
buradan tanış olmaq olar.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, 28 avqust tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı rayonunda fəaliyyət göstərən 9 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.