https://sputnik.az/20230830/xizida-bezi-ferdi-yasayis-evlerini-su-basib---vdeo-458175896.html
Xızıda bəzi fərdi yaşayış evlərini su basıb - VİDEO
Xızıda bəzi fərdi yaşayış evlərini su basıb - VİDEO
Sputnik Azərbaycan
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T18:22+0400
2023-08-30T18:22+0400
2023-08-30T18:22+0400
xızı
cəmiyyət
giləzi qəsəbəsi
fhn
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1e/458175451_43:0:1007:542_1920x0_80_0_0_f571c137b4552c581a147e4bb04b0b77.jpg
BAKI, 30 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Nazirliyin məlumatına görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub. FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir. Giləzi-Xızı avtomobil yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb Xatırladaq ki, leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub. Ümumiyyətlə, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
giləzi qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1e/458175451_163:0:886:542_1920x0_80_0_0_51f5fa6df6488d79063de1f18f974d1f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xızı, giləzi qəsəbəsi, fhn
xızı, giləzi qəsəbəsi, fhn
Xızıda bəzi fərdi yaşayış evlərini su basıb - VİDEO
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
BAKI, 30 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Xızı rayonunun Giləzi qəsəbəsində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirliyin məlumatına görə, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən su basmış fərdi yaşayış evləri və həyətyanı sahələrdən suyun çəkilərək kənarlaşdırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Giləzi-Xızı avtomobil yolunda sel sularının yaratdığı problem aradan qaldırılıb
Xatırladaq ki, leysan xarakterli yağışlar nəticəsində ötən gecə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə sel suları özü ilə bərabər qum, palçıq və daşlar gətirib. Nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Gecə saatlarında yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Ümumiyyətlə, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti Şimal-Qərb bölgəsində güclü yağış və leysanla müşayiət olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.