https://sputnik.az/20230830/qirgizistanda-tiktoka-qadaga-qoyulur-458168978.html
Qırğızıstanda "TikTok"a qadağa qoyulur
Qırğızıstanda "TikTok"a qadağa qoyulur
Sputnik Azərbaycan
Bu ölkənin müvafiq qurumu bildirib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial... 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T21:50+0400
2023-08-30T21:50+0400
2023-08-30T21:50+0400
tiktok
cəmiyyət
məhdudiyyət
qırğızıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439965649_0:5:3070:1732_1920x0_80_0_0_bb9af5c91811dfa7b6dd7c20f5365a21.jpg
BAKI, 30 avqust — Sputnik. Qırğızıstanda "TikTok"a qadağa qoyulur. Xarici KİV-lərin məlumatına görə, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə "TikTok"un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb. Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib. Nazirlikdən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb. Xatırladaq ki, keçən ilin sonunda deputat Elşad Mirbəşir “TikTok"un Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olduğunu bildirib, aidiyyəti qurumlara azyaşlıların "TikTok"a girişinin məhdudlaşdırılması çağırışını edib. O bildirib ki, “TikTok" Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olur və təklif edirəm aidiyyəti qurumlar azyaşlıların "TikTok"a girişini məhdudlaşdırsın. Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/09/439965649_339:0:3070:2048_1920x0_80_0_0_ef9b5f25ab07f0649d37aa9004b67132.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tiktok, məhdudiyyət, qırğızıstan
tiktok, məhdudiyyət, qırğızıstan
Qırğızıstanda "TikTok"a qadağa qoyulur
Bu ölkənin müvafiq qurumu bildirib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.
BAKI, 30 avqust — Sputnik. Qırğızıstanda "TikTok"a qadağa qoyulur. Xarici KİV-lərin məlumatına görə, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə "TikTok"un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.
Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.
Nazirlikdən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.
Xatırladaq ki, keçən ilin sonunda deputat Elşad Mirbəşir “TikTok"un Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olduğunu bildirib, aidiyyəti qurumlara azyaşlıların "TikTok"a girişinin məhdudlaşdırılması çağırışını edib. O bildirib ki, “TikTok" Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olur və təklif edirəm aidiyyəti qurumlar azyaşlıların "TikTok"a girişini məhdudlaşdırsın.
Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir:
"16-24 yaş arasında gənclərin "TikTok"dan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə "TikTok"un fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.