https://sputnik.az/20230830/merkezi-asiya-liderleri-tacikistanda-toplasacaq-458169245.html
Mərkəzi Asiya liderləri Tacikistanda toplaşacaq
Mərkəzi Asiya liderləri Tacikistanda toplaşacaq
Sputnik Azərbaycan
Sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət toplantısı keçiriləcək. 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T23:47+0400
2023-08-30T23:47+0400
2023-08-30T23:47+0400
dünya xəbərləri
düşənbə
mərkəzi asiya
sammit
https://cdnn1.img.sputnik.az/img/41260/45/412604594_0:160:3075:1889_1920x0_80_0_0_cb98907d24b59749427d302b0405fef1.jpg
BAKI, 30 avqust — Sputnik. Sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlətləri liderlərinin məşvərət iclasının proqramına xarici işlər nazirlərinin görüşü, forumlar, sərgilər və qala-konsert daxildir. Bu barədə brifinqdə Tacikistan xarici işlər nazirinin müavini Sodik İmomi bildirib. İmomi əlavə edib ki, geniş mədəni və biznes proqramları, o cümlədən Mərkəzi Asiya dövlətlərinin məhsul istehsalçılarının sərgisi, "Dostluq axşamı" təntənəli qala-konserti, iqtisadi forum, universitet rektorlarının, qadın liderlərin, region alimlərinin forumları, milli xörəklər festivalı və rəssamların sərgisi baş tutacaq. "İclasın yekununda Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatının, region dövlətləri arasında gənclər siyasətinin ümumi müddəalarına dair liderlər arasında sazişin, Milli Şura haqqında Əsasnamənin qəbul edilməsi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 2023-2025-ci illər üçün regionda sağlamlıq və rifahın dəstəklənməsi üzrə yol xəritəsinin imzalanması planlaşdırılır", - Tacikistan xarici işlər nazirinin müavini bildirib. Sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət toplantısı keçiriləcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin iştirakı gözlənilir. Bundan əvvəlki görüş 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41260/45/412604594_171:0:2902:2048_1920x0_80_0_0_0f811feab962f956fbf3a34bcb4b5f9f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
düşənbə, mərkəzi asiya, sammit
düşənbə, mərkəzi asiya, sammit
Mərkəzi Asiya liderləri Tacikistanda toplaşacaq
Sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət toplantısı keçiriləcək.
BAKI, 30 avqust — Sputnik. Sentyabrın 14-15-də Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlətləri liderlərinin məşvərət iclasının proqramına xarici işlər nazirlərinin görüşü, forumlar, sərgilər və qala-konsert daxildir. Bu barədə brifinqdə Tacikistan xarici işlər nazirinin müavini Sodik İmomi bildirib.
"Zirvə görüşündən əvvəl çox geniş tədbirlər proqramı olacaq. Sentyabrın 13-də sammit ərəfəsində region ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək. İclasın hazırlanması, eləcə də dövlət başçılarının təsdiqinə təqdim olunacaq sənədlərin yekunları müzakirə olunacaq", - deyə o bildirib.
İmomi əlavə edib ki, geniş mədəni və biznes proqramları, o cümlədən Mərkəzi Asiya dövlətlərinin məhsul istehsalçılarının sərgisi, "Dostluq axşamı" təntənəli qala-konserti, iqtisadi forum, universitet rektorlarının, qadın liderlərin, region alimlərinin forumları, milli xörəklər festivalı və rəssamların sərgisi baş tutacaq.
"İclasın yekununda Mərkəzi Asiya dövlət başçılarının birgə bəyanatının, region dövlətləri arasında gənclər siyasətinin ümumi müddəalarına dair liderlər arasında sazişin, Milli Şura haqqında Əsasnamənin qəbul edilməsi, Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 2023-2025-ci illər üçün regionda sağlamlıq və rifahın dəstəklənməsi üzrə yol xəritəsinin imzalanması planlaşdırılır", - Tacikistan xarici işlər nazirinin müavini bildirib.
Sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya dövlət başçılarının beşinci məşvərət toplantısı keçiriləcək. Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan prezidentlərinin iştirakı gözlənilir. Bundan əvvəlki görüş 2022-ci ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.