Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

© AR Ministry of DefenceAzərbaycan hərbçiləri, arxiv
Azərbaycan hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
BAKI, 30 avqust - Sputnik. Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atıb. Bu barədə Müdafiə nazirliyinin məlumatında deyilir.
Belə ki, avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - deyə məlumatda qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0