https://sputnik.az/20230830/ermenistanin-kecmis-mudafie-naziri-hebsde-qalacaq-458159319.html
Ermənistanın keçmiş müdafiə naziri həbsdə qalacaq
Ermənistanın keçmiş müdafiə naziri həbsdə qalacaq
Sputnik Azərbaycan
Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd edib. 30.08.2023, Sputnik Azərbaycan
2023-08-30T14:06+0400
2023-08-30T14:06+0400
2023-08-30T14:06+0400
ermənistan
dünya xəbərləri
müdafiə naziri
həbs
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793859_0:7:1600:907_1920x0_80_0_0_bea7dbd836998024aab9ff2b3da8127a.jpg
BAKI, 30 avqust — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. O, istifadəyə yararsız hava raketləri almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Bu barədə Sputnik Ermənistan-a Ali Məhkəmə Şurasının (ASM) mətbuat katibi Lilit Şaboyan məlumat verib. Bundan əvvəl müdafiə tərəfi Ermənistan Müdafiə Nazirliyinin sabiq rəisi barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı. Xatırladaq ki, keçmiş müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Müttəhimlər təqsirlərini etiraf etmirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/38/421793859_179:0:1599:1065_1920x0_80_0_0_77efdddf44c6c4ebcb4f9b1d8ff6d7bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ermənistan, müdafiə naziri, həbs
ermənistan, müdafiə naziri, həbs
Ermənistanın keçmiş müdafiə naziri həbsdə qalacaq
Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd edib.
BAKI, 30 avqust — Sputnik. Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsdə qalacaq. O, istifadəyə yararsız hava raketləri almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Bu barədə Sputnik Ermənistan-a Ali Məhkəmə Şurasının (ASM) mətbuat katibi Lilit Şaboyan məlumat verib.
Bundan əvvəl müdafiə tərəfi Ermənistan Müdafiə Nazirliyinin sabiq rəisi barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı.
"Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd edib. Tonoyan həbsdə qalacaq", - Şaboyan bildirib.
Xatırladaq ki, keçmiş müdafiə naziri sursat təchizatında sui-istifadədə ittiham olunur. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu işdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir. Müttəhimlər təqsirlərini etiraf etmirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.