NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

ABŞ-də neft ehtiyatlarının azalması "qara qızıl"ı bahalaşdırır

© AP Photo / Richard DrewBirjada, arxiv
Birjada, arxiv - Sputnik Azərbaycan, 1920, 30.08.2023
Abunə olmaq
Neft qiymətləri son zamanlar Səudiyyə Ərəbistanının hasilatı azaltması ilə dəstəklənib. Oktyabrda da hasilatın azalmasının davam edəcəyi və təklifin az olacağı gözlənilir.
BAKI, 30 avqust — Sputnik. Dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.
ABŞ-ın Qərbi Texas neftinin qiyməti mart ayından bəri ən uzun yüksəliş silsiləsini davam etdirərək bir barel üçün 81 dolları keçib. "Brent" markalı neft 0,3 faiz bahalaşaraq 85,75 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 faiz artaraq 89,21 dollar təşkil edib.
Amerika Neft İnstitutunun hesablamalarına görə, ABŞ-də neft ehtiyatları 11,5 milyon barel azalıb. Bu gün açıqlanacaq rəsmi məlumatlar bunu təsdiqləsə, ehtiyatlar ardıcıl 6 həftə düşümş olacaq. Ehiyatların gözləniləndən daha çox azalması tələbin güclü olduğunu göstərir.
Neft qiymətləri son zamanlar Səudiyyə Ərəbistanının hasilatı azaltması ilə dəstəklənib. Oktyabrda da hasilatın azalmasının davam edəcəyi və təklifin az olacağı gözlənilir. Bununla belə, dünyanın ən böyük neft idxalçısı olan Çində yaşanan iqtisadi çətinliklərin qiymətlərdə təzyiqə səbəb olacağı bildirilir.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 dollar təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0