https://sputnik.az/20230829/simsek-caxib-arabir-yagis-yagib---faktk-hava-458123769.html
Şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
Şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
Sputnik Azərbaycan
Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. 29.08.2023, Sputnik Azərbaycan
2023-08-29T10:35+0400
2023-08-29T10:35+0400
2023-08-29T10:49+0400
şimşək
hadisə
hava
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_0:70:3163:1849_1920x0_80_0_0_ace3649af9d04f6914a6f9d5f8ce1525.jpg
BAKI, 29 avqust — Sputnik. Faktiki və gözlənilən hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32 dərəcə isti, Naxçıvan MR-da 32-36 dərəcə isti, Aran rayonlarında 30-36 dərəcə isti, dağlıq rayonlarda 20-25 dərəcə isti olub. Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/15/439394926_151:0:2882:2048_1920x0_80_0_0_135f2e7c8d8df8b72875a0f47b332c2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimşək, hava
Şimşək çaxıb, arabir yağış yağıb - FAKTİKİ HAVA
10:35 29.08.2023 (Yenilənib: 10:49 29.08.2023) Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir.
BAKI, 29 avqust — Sputnik. Faktiki və gözlənilən hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı: Bakıda və Abşeron yarımadasında 1 mm-dək, Gəncədə 6 mm, Daşkəsəndə 5 mm, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 mm-dək olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32 dərəcə isti, Naxçıvan MR-da 32-36 dərəcə isti, Aran rayonlarında 30-36 dərəcə isti, dağlıq rayonlarda 20-25 dərəcə isti olub.
Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.